Icma.az
close
up
RU
Niyə Xocalı soyqırımını törədənlərlə bağlı heç bir addım atmadılar? Deputatdan AP yə ETİRAZ

Niyə Xocalı soyqırımını törədənlərlə bağlı heç bir addım atmadılar? Deputatdan AP yə ETİRAZ

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

"Biz növbəti dəfə erməni lobbisinin təmsilçisinə çevrilən Avropa İttifaqının ölkəmizə qarşı qərəzli yanaşmasının şahidiyik. Çox təəssüf ki, Avropa Parlamenti Azərbaycanla bağlı qərəzli və ikili standartlara yol verməyi bir gündəlik iş rejimini çevirib".

Redaktor.az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin plenar iclasında çıxışı zamanı Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməyə münasibət bildirərkən dedi.

Onun fikrincə, burada bir məqsəd var, bir hədəf var:

"O da Azərbaycanla Ermənistan arasında əldə edilmiş sülhə mane olmaqdır. Onlar uzun müddət sülhün bölgəmizə gəlməsinə mane oldular. Bizə dedilər, siz müharibə edə bilməzsiz, siz torpaqlarınızı azad edə bilməzsiz, siz işğalla barışmalısız. Və sülh prosesinə və torpaqlarımızın işğaldan azad olunmasına heç bir töhfəni vermədilər.

Bu gün prezidentin rəhbərliyi ilə Azərbaycan torpaqlarını azad edib. Bu gün Azərbaycan öz gücü hesabına öz torpaqlarını bərpa edir, əraziləri yenidən qurur. Avropa İttifaqı, Avropa dövlətləri isə Azərbaycana dəstək olmaq əvəzinə yenə də Ermənistana bu dəstəyi göstərirlər.

Bir müddət bundan əvvəl biz Avropa İttifaqı - Ermənistan tərəfdaşlığı üçün strateji gündəlik adlı bir sənədin şahidi olduq. Bu sənəddə çox ciddi məqamlar var və xüsusilə də cinayətkarların əsir adlandırılması, onların azad olunması ilə bağlı Azərbaycana çağırış edilməsi də onların nə dərəcədə qərəzli olduğunu bir daha göstərir.

Niyə Xocalını törədənlərlə bağlı, o faciələri bizim xalqımıza yaşadanlarla bağlı heç bir addım atmadılar? Heç bir bəyanat vermədilər? Bu gün mənim də təmsil olunduğum bölgədə bir milyon insanın evləri dağıdılıb, qəbiristanlıqlar dağıdılıb. Qəbiristanlıqlar çox pis vəziyyətdə olub. Orada əkin sahələri həyata keçiriblər. Bizim məscidlərimizi dağıdıblar. Dağıtmaqla kifayətlənməyiblər, burada donuz saxlayıblar, heyvan saxlayıblar. Azərbaycan bütün bu şəkilləri, bütün bu faktları onlara təqdim edib. Niyə bu günə kimi biz bir dənə də bəyanat görmədik? Niyə bu əməllərin heç biri ciddi bir formada qınanılmadı və bununla bağlı heç bir addım atılmadı?"

Deputat bildirdi ki, ermənilər təkcə müsəlman abidələrinə qarşı yox, eyni cinayəti xristian abidələrinə də qarşı törədiblər.

"Qarabağda olan yeganə pravoslav kilsəsini, alban abidəsini də eyni formada dağıdıblar. Azərbaycan isə bu gün Şuşada kilsə tikir. Bu gün pezidentin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə kilsələr tikilir və onların dağıtdıqları alban abidələri yenidən bərpa olunur. Onlar bunu görmürlərmi?

80-ci illərin sonlarında bu qədər azərbaycanlı Ermənistan ərazisindən çıxarıldılar. Onlara qarşı çox ciddi əzablar verildi. Bu gün dəfələrlə Qərbi Azərbaycan İcması bu məsələni qaldırıb. Azərbaycanlıların öz doğma yurduna qayıtması ilə bağlı. Niyə bununla bağlı bir addım atılmır? Niyə bununla bağlı bir bəyanat verilmir? Niyə Ermənistanla bağlı bir qərar qəbul edilib, bu insanların geri qayıtma hüquqları tanınmır? Bu ikili standart deyilmi?

Bu gün Ermənistan özü bir həbsxanaya bənzəyir. Ermənistan daxilində keçmiş hakimiyyətin bir çox siyasi liderləri həbsxanadadırlar. Onlar təqib olunurlar. Bu gün Ermənistanda din xadimlərinə qarşı bir ciddi repressiya həyata keçirilir. Nə qədər din xadimi həbs olunb. Niyə Ermənistanla bağlı bu addımların heç biri atılmır və bununla bağlı bir bəyanat qəbul edilmir? Bu açıq-aydın bizə qarşı qərəzin növbəti bir bariz nümunəsidir", - deyə Ceyhun Məmmədov vurğuladı.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Dekabr 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see633

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see267

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see242

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see223

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see214

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see179

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see172

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see160

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see159

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see156

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see148

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see144

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see139

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri