Icma.az
close
up
RU
Nizami rayonunda ağac səkini tutub, qurumlar hələ bir birinin üstünə atmaqla məşğuldur FOTO

Nizami rayonunda ağac səkini tutub, qurumlar hələ bir birinin üstünə atmaqla məşğuldur FOTO

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paytaxtda ötən aylarda əsən güclü külək şəhərin bir sıra ərazilərində ekoloji təhlükəsizliyə təhdid vəziyyəti ayradıb. Bunun nəticəsində ötən Aydan aşma təhlükəsi altında qalan ağac dünən günorta saatlarında 2 avtomobilin üzərinə düşdü və sürücülərə ciddi maddi çətinlik yaratdı. Ötən həftələrdə də analoji hal dəfələrlə təkrarlanıb. Buna baxmayaraq, qurumlar hələ də özlərinin “yatağan” siyasətindən əl çəkmir.

Avtosfer.az xəbər verir ki, belə faktlardan biri də Bakının Nizami rayonunda yaranıb. Belə ki, rayonun Elşən Süleymanov küçəsi 121 ünvanında aprel ayında əsən güclü külək ağacı kökündən tərpədərək yola aşırıb. Amma tam yox, ağacın kökü möhkəm olduğu üçün qismən aşmışdı. Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları ağacın yola tərəf olan və ağırlıq verən budaqlarını kəsib, amma gövdənin əsas hissəsi səkiyə aşmış halda qalır. Ərazi məktəb və uşaq bağçalarının bol olduğu məkan olduğu üçün buradan daha çox uşaqlı valideynlər istifadə edir. Səkinin önünə kəsən ağacın gövdəsi vətəndaşları yola düşüb hərəkət etməyə, həyatlarını riskə atmağa məcbur edir.

Məsələ ilə əlaqədar Dövlət Ekoloji Ekspertiza Agentliyinə sorğu göndərdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, torpaq mülkiyyətçiləri öz tabeliyində olan öz ərazilərində mövsümi monitorinqlər keçirməlidir:

“Qurumuş, qəzalı, kommunikasiya xətlərinə mane olan yaşıllıqların köçürülməsi üçün Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət etməlidirlər. Lakin budama işləri görülməsi üçün hansısa rəy alınmasına ehtiyac yoxdur. Budanma mövsümi və düzgün qaydada aparılmalıdır”.

Mövzu ilə bağlı Baki Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən isə sorğumuza cavab olaraq bildirildi ki, sözügedən ağacın budanması onun bioloji inkişafına təhlükə yarada bilər, götürülməsi üçün isə müvafiq qurumun aidiyyatı rəyi mövcud deyil.

Məsələni bir də mütəxəssislərlə məsləhətləşdik. Ekoloq Telman Zeynalov deyir ki, qurumların fəaliyyətsizliyi nəticəsində ölkədəki əksər yolkənarı ağaclarla bağlı vəziyyət eynidir:

“Bu məsələdə mövsümilik və digər faktorlar heç bir önəm daşımır. Bugünki texnologiyalar imkan verir ki, səkidə piyadanın, yolda maşının hərəkətinə maneə yaradan bütün faktorlar aradan qaldırılsın. Bu ağaclara da aiddir. Dövlət qurumlarının əlində bütün imkanlar var ki, ağacın qurumasına maneə olacaq şəkildə ya onu ərazidən götürsün, ya da onu müəyyən üsullarla dikəldib dibini bərkitsin. Belə olan halda ağac nə quruyar, nə də mövsümiliyə hansısa aidiyyəti qalmaz. Həm də son günlər havalar sərin və yağmurlu keçir. Ağacların quruması ehtimalı yoxdur. Bu səbəbdən Nizami rayonundakı ağac başqasına zərəri dəymədən, birinin başını-gözünü zədələmədən ərazidən götürülsə, daha yaxşı olar”.

Səfər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 15 May 2025 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see347

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see151

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see150

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see139

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see138

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see135

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri