Icma.az
close
up
RU
Nizami rayonunda Zəfər Gününə həsr edilmiş hərbi vətənpərvərlik oyunları keçirilib

Nizami rayonunda Zəfər Gününə həsr edilmiş hərbi vətənpərvərlik oyunları keçirilib

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr – Zəfər Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə hərbi-vətənpərvərlik oyunları keçirilib.

Hərbi-vətənpərvərlik oyunlarında 24 komanda üzrə 90 gənc iştirak edib. Onlar “Cəsurların yürüşü – 60 metr məsafəyə qaçış”, “Döyüşə hazıram – silahın sökülüb-yığılması”, “Güclülərin yarışı – turnikdə dartınma” və “Xüsusi təyinatlı – maneələri dəfetmə” üzrə yarışıb, fiziki güc və bacarıqlarını nümayiş etdiriblər.
Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, 220 saylı məktəb-liseyin direktoru Lətifə Əzimova və başqaları bildiriblər ki, 8 Noyabr - Zəfər Günü xalqımızın tarixində olan ən parlaq səhifədir. Beş il əvvəl Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı tarixi Zəfər bütün dünyaya səs salıb.
Qeyd edilib ki, Zəfər Günü Azərbaycanın ərazi bütövlüyünün bərpasını və milli qürurun yenidən dirçəlişini simvolizə edir. Bu mənada, gənclər arasında keçirilmiş hərbi-vətənpərvərlik oyunları da milli qələbə ruhunun yüksəlişinin və qalibiyyət sevincinin göstəricisidir.
Çıxışlardan sonra oyunların qaliblərinə medal, diplom və hədiyyələr təqdim edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Oktyabr 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see342

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see284

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see220

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see195

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see190

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see188

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see174

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see173

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see171

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see164

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see156

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see153

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see146

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri