Icma.az
close
up
RU
NK dan filmlərin istehsalı üçün çəkilən xərclərlə bağlı qərar

NK dan filmlərin istehsalı üçün çəkilən xərclərlə bağlı qərar

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

“Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi Qaydaları” təsdiq edilib.

Axar.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

Bu Qaydalar filmlərin və digər audiovizual əsərlərin istehsalı üçün çəkilmiş birbaşa məqbul xərclərin dövlət büdcəsindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsə (bundan sonra – Agentlik) ayrılan vəsait hesabına qismən geri ödənilmə şəklində maliyyələşdirilməsi və qismən geri ödənilmə ilə bağlı müsabiqələrin təşkili və keçirilməsi qaydalarını müəyyən edir. Bu Qaydalara əsasən həyata keçirilən qismən geri ödənilmələr üçün zəruri vəsait hər ilin dövlət büdcəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında Agentliyə ayrılır.

Bu Qaydalar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xarici və ya birgə istehsal olunan aşağıdakı audiovizual əsərlərə şamil edilir:

- film;

- reklam;

- televiziya şouları (xarici ölkələrdə yayımlanacağı halda);

- internet video oyunları.

Qismən geri ödənilmə film istehsalı zamanı filmin istehsalçısının birbaşa məqbul xərclərini əhatə edir. Bu Qaydaların məqsədləri üçün film istehsalı dedikdə, filmin çəkilişi (prodakşn) və filmin çəkilişinin tamamlanması (post-prodakşn) mərhələləri başa düşülür. Məqbul və qeyri-məqbul xərclərin siyahısı və xərc elementləri daxilində məhdudiyyətlər bu Qaydaların 1 nömrəli əlavəsi ilə müəyyən olunur.

Bu Qaydalara əsasən filmlərin istehsalı üçün çəkilmiş xərclərin aşağıdakı hissəsi qismən geri ödənilmə qaydasında maliyyələşdirilə bilər:

Nəzərdə tutulmuş əsas şərtlərə cavab verdikdə, filmin istehsalı üçün Azərbaycan Respublikasında mal, iş və xidmətlərin alınmasına xarici istehsalçı tərəfindən çəkilmiş xərclərin (bundan sonra - çəkilmiş xərclər) 25 faizi məbləğində;

- bu Qaydaların 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş əlavə mədəniyyət meyarlarının (bundan sonra - əlavə mədəniyyət meyarları) azı üçünə cavab verdikdə, çəkilmiş xərclərin 15 faizi məbləğində.

Janrından və müddətindən asılı olmayaraq, bir film üzrə təqvim ili ərzində qismən geri ödənilə biləcək məbləğin maksimum həddi 1000000 (bir milyon) ABŞ dolları təşkil edir. Ödəniş ABŞ dollarının Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən rəsmi məzənnəyə uyğun olaraq manat ekvivalentində edilir.

Qismən geri ödənilmə ilə bağlı müraciət edən şəxs xarici filmlər üçün - filmin xarici istehsalçısının Azərbaycan Respublikasında əməkdaşlıq etdiyi, Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxs və ya xarici film istehsalı xidməti göstərən hüquqi şəxslərin Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş filialları, birgə istehsal filmləri üçün isə – filmin yerli birgə istehsalçısı olmalıdır.

Barəsində qismən geri ödənilmə üçün müraciət edilən film Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmamalıdır.

Aşağıdakı əsas şərtlərin hər birinə cavab verən filmlərlə bağlı qismən geri ödənilmə üçün müraciət edilə bilər:

- filmin istehsalı mərhələsi üçün xarici filmin istehsalçısının (birgə istehsal filmləri üçün – xarici istehsalçının) müvafiq təqvim ili ərzində Azərbaycan Respublikasında çəkdiyi təsdiqlənmiş xərclərinin minimum məbləği aşağıdakı kimi olmalıdır:

- bədii filmlər üçün - 200000 (iki yüz min) ABŞ dolları;

- sənədli filmlər üçün - 50000 (əlli min) ABŞ dolları;

- animasiya filmləri üçün - 100000 (yüz min) ABŞ dolları;

- çoxseriyalı film üçün (bir seriyaya görə) - 70000 (yetmiş min) ABŞ dolları;

- televiziya şouları üçün - 100000 (yüz min) ABŞ dolları;

- reklam üçün - 30000 (otuz min) ABŞ dolları;

- internet video oyunları üçün - 30000 (otuz min) ABŞ dolları;

- yalnız filmin çəkilişinin tamamlanması mərhələsi üçün – 70000 (yetmiş min) ABŞ dolları;

- çəkilmiş xərclər bu Qaydaların 1 nömrəli əlavəsində nəzərdə tutulmuş tələblərə uyğun olaraq Azərbaycan Respublikasında vergi uçotuna alınmış hüquqi və ya fiziki şəxslərə, habelə işçilərə pul formasında ödənilmiş olmalı, bütün ödənişlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilməlidir;

- bədii, sənədli, animasiya və ya çoxseriyalı filmin çəkilişi mərhələsində təqvim ili ərzində azı 5 (beş), reklamın çəkilişi mərhələsində təqvim ili ərzində azı 2 (iki) çəkiliş günü Azərbaycan Respublikasının ərazisində təbii şəraitdə və ya studiyalarda çəkiliş aparılmalı (animasiya filmlərində - animasiya işləri aparılmalı), yaxud filmin çəkilişinin tamamlanması mərhələsinin bir hissəsi Azərbaycan Respublikasının ərazisində həyata keçirilməlidir;

- Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı əsas yaradıcı və texniki rollardan azı birində filmin çəkiliş qrupunda iştirak etməlidirlər:

- filmlərə və televiziya şoularına münasibətdə - filmin ikinci rejissoru, prodüseri, ikinci rol aktyoru (azı bir nəfər), köməkçi operatoru, istehsal səs mikseri ustası, redaktoru, quruluşçu rəssamı, quruluşçu və ya kostyum dizayneri;

- ümumi büdcənin ən azı 40 faizi məbləğində vəsait çəkiliş heyətində iştirak edəcək Azərbaycan Respublikası vətəndaşlarının əməyinin və ya xidmətlərinin ödənilməsi ilə bağlı xərclənməlidir.

Qismən geri ödənilmə şəklində maliyyələşmə illik müsabiqələr əsasında, “ilk müraciət edən ilk maliyyələşir” prinsipi əsasında, yəni təsdiqlənmiş müraciətlərin xronoloji ardıcıllığı ilə, müvafiq il üçün müəyyən olunmuş ümumi büdcə daxilində həyata keçirilir. Birgə film istehsalı zamanı xarici film istehsalçısının birgə istehsal filminin xərclərindəki iştirak payına mütənasib hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasında çəkilmiş xərclərin bu Qaydalara uyğun müəyyənləşdirilmiş hissəsi geri ödənilir.

Barəsində qismən geri ödənilmə şəklində maliyyələşdirmə üçün müraciət edilən film, vergi güzəştləri və azadolmaları istisna olmaqla, Azərbaycan Respublikası tərəfindən hər hansı təşviq mexanizmindən yararlanmamalı və ya digər qaydada maliyyələşdirilməməlidir.

Film Komissiyası müsabiqə elanı zamanı tətbiq edilən təminatları əvvəlcədən müəyyənləşdirməli və elan etməlidir.

Əlavə mədəniyyət meyarlarına əsasən barəsində qismən geri ödənilmə alınmış filmin yayımlanmasından əvvəl müvafiq bank zəmanəti təqdim edilməlidir.

QərarlamMəqbul və qeyri-məqbul xərclərin siyahısı və məhdudiyyətlərin siyahısı müəyyənləşib.

Məqbul və qeyri-məqbul xərclərin siyahısı və məhdudiyyətlər

Sıra

№-si

Kateqoriya

Məqbul və qeyri-məqbul xərclər

Məhdudiyyətlər

1.

Kamera, işıq avadanlıqları və film çəkilişi üçün digər texniki avadanlıqların icarəsi ilə bağlı

xərclər

məqbul

ümumi büdcənin 10

faizindən az, 50 faizindən çox olmamalı

2.

Dekor və kostyumların tərtibatı və ya icarəsi ilə bağlı xərclər

məqbul

ümumi büdcənin 10

faizindən az, 50 faizindən çox olmamalı

3.

Çəkiliş və heyət xərcləri

məqbul

ümumi büdcənin 40 faizindən az olmamalı

4.

Çəkiliş məkanlarının, studiyaların, səhnələrin, tədbir zallarının icarəsi ilə bağlı xərclər

məqbul

ümumi büdcənin 10 faizindən çox olmamalı

5.

İstehsal sonrakı xidmət xərcləri

məqbul

ümumi büdcənin 20 faizindən çox olmamalı

6.

Müəllif hüquqları və ya əlaqəli hüquqlar ilə bağlı xərclər

məqbul

7.

İncəsənət və yaradıcılıqla bağlı digər xərclər

məqbul

8.

Səyahət, yaşayış və yemək xərcləri

məqbul

ümumi büdcənin 15 faizindən çox olmamalı

9.

Film büdcəsində əksini tapan digər zəruri xərclər

məqbul

ümumi büdcənin 10 faizindən çox olmamalı

10.

İnzibati xərclər

qeyri-məqbul

11.

Əlaqəsiz xərclər

qeyri-məqbul

12.

Əsassız və ya şişirdilmiş xərclər

qeyri-məqbul

13.

Müraciətdən əvvəl çəkilmiş xərclər

qeyri-məqbul

14.

Amortizasiya

qeyri-məqbul

15.

Qeyri-rəsmi xərclər

qeyri-məqbul

16.

Azərbaycanda və ya xaricdə

çəkildiyi qeyri-müəyyən olan, habelə dəqiq bölünə bilinməyən xərclər

qeyri-məqbul

17.

Bank faizləri və digər maliyyələşmə xərcləri

qeyri-məqbul

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://axar.az
archiveBu xəbər 07 İyul 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see242

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see144

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri