Icma.az
close
up
RU
Nobel mükafatı laureatları pullarını nəyə xərcləyirlər? Rəy

Nobel mükafatı laureatları pullarını nəyə xərcləyirlər? Rəy

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

“Hər il oktyabrın əvvəlində Nobel Komitəsi fizika, kimya, fiziologiya və tibb, ədəbiyyat və sülhün möhkəmləndirilməsi sahələrində mühüm nailiyyətlərə görə dünyanın ən nüfuzlu beynəlxalq mükafatlarını təqdim edir. Mükafatların elan olunması iqtisadiyyat üzrə Nobel mükafatı ilə başa çatır. Nobel mükafatının pul məbləği təxminən 1,2 milyon dollardır. Bir çox laureat bu vəsaitin ən azı bir hissəsini elmi araşdırmalara, təhsilə və xeyriyyə işlərinə yönəldir. Maraqlıdır, qaliblər bu pulu hara xərcləyirlər? 1999-cu ildə iqtisadiyyat üzrə Nobel mükafatı qazanan Robert Mundell mükafatın pulunu  İtaliyanın Siena şəhəri yaxınlığında XVI əsrə aid, yarıuçuq bir sarayın bərpasına xərclədi. Sonralar bu saray iqtisadçıların və maliyyə mütəxəssislərinin elmi konfranslar keçirdiyi məşhur məkana çevrildi. 2023-cu ildə iqtisadiyyat üzrə Nobel mükafatı qazanan Klaudiya Qoldin qadınların iqtisadiyyatda rolunu araşdıran alim kimi tanınır. O, mükafat pulunu Harvard Universitetində iqtisadi tarix üzrə araşdırmaların maliyyələşdirilməsinə bağışlayıb. Həmçinin Qadınlar Milli Basketbol Assosiasiyasının həmkarlar ittifaqına ödənişsiz məsləhət verərək idmançıların maaşlarının beş dəfə artırılmasına kömək edib. Neyrobioloq Pol Qrinqard 2000-ci ildə tibb üzrə Nobel mükafatı qazanıb. O, mükafat pulunu anasının adını daşıyan elmi mükafatın yaradılmasına yönəldib. Qrinqard doğularkən anası vəfat etmişdi. Hazırda bu mükafat biotibb sahəsində çalışan qadın alimlərə verilir. Bütün laureatlar pullarını elmi və xeyriyyə işlərinə xərcləmirlər. Bəziləri özlərini və yaxınlarını sevindirməyə üstünlük verirlər”.

Bu fikirləri millət vəkili Tahir Mirkişili 525.az-a bildirib. Millət vəkili qeyd edib ki, bu nümunələr göstərir ki, Nobel mükafatı laureatları üçün pulun dəyəri təkcə şəxsi rifahla ölçülmür:

“Bəziləri elmi inkişaf etdirməyə, bəziləri uşaqların gələcəyinə, digərləri isə həyatlarında iz qoymuş insanlara təşəkkür etməyə üstünlük verir. Əsas məsələ isə qazandıqları imkanlardan özləri üçün həqiqətən dəyərli olan işlər naminə istifadə etməkdir”.

Sevinc Qarayeva  
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Oktyabr 2026 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1043

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see441

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see348

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see345

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see247

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see239

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see235

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see231

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see223

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see212

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see210

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see203

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see196

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see189

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see185

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see182

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see180

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see178

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri