Icma.az
close
up
RU
Nobel qardaşları Bakıda qazandıqları milyonları İsveçə necə aparıb?

Nobel qardaşları Bakıda qazandıqları milyonları İsveçə necə aparıb?

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Bakıda ilk xarici şirkət Nobel qardaşları - Alfred, Lüdviq və Robert tərəfindən təsis edilib. 1882-ci ildə Lüdviq Finlandiya, İsveç, Norveç və Almaniyadan daha çox texniki işçini Bakıya dəvət edib və o vaxtlar Bakıda "Qara Şəhər" kimi tanınan ərazidə yerləşən "Villa Petrolea" adlı bir şirkət  qurub.

Onların müəssisəsindən çıxan neft məhsulları qatarla və dəniz yolu ilə Rusiya boyunca Orta Asiya və Avropaya paylanıb. Bakıdakı "Nobel Qardaşları" şirkətinin loqotipində Suraxanı Atəşgah məbədi təsvir edilib.

Qeyd etmək lazımdır ki, Nobel qardaşlarının gəmiləri Zərdüşt, Məhəmməd, Budda, Brahma, Sokrat, Spinoza və Darvin də daxil olmaqla müxtəlif dini və fəlsəfi şəxsiyyətlərin adları ilə adlanıb. 

1908-ci ildə "Nobel Qardaşları” şirkəti müxtəlif sənaye sahələrini birləşdirən iri kapitalist konserninə çevrilmişdi. Nobellərin neft imperiyasında 25 mindən artıq adam işləyirdi. Tərkibinə əsas kapitalı 150 milyondan çox olan 25 müxtəlif müəssisə daxil idi. 

Bakıda milyonlar qazanan Nobellərin vəziyyəti 1918-ci ildən pisləşməyə başlayır. Onlar düşünməyə başlayırlar ki, qazandıqları pulları Bakıdan necə çıxarda bilsinlər. Nəhayət ağıllarına gəlir ki, pulları qızıla çevrsinlər və onlardan nəzərə çarpmayacaq əşyalar düzəldib Bakıdan apara bilsinlər. 

Çünki adi qaydada aparmaq təhlükəli idi. Həmin dövrdə Bakıda ermənilərin törətdikləri soyqırım və hələ də silahlı erməni dəstələrinin sərbəst qalması, ardınca siyasi proseslər, Qafqaz İslam Ordusunun Bakının xilasına gəlməsi barədə xəbərlər, Şaumyanın başçılığı ilə Bakıda qurulan qondarma hökumət və s. Nobellərin təhlükəsiz hərəkət edə bilməyəcəyini göstərirdi. 

Emmanuel Nobel çıxış yolunu tapır, ən yaxşı zərgərlər və mexaniklər dəvət edilir. Çox sayda qızıl sikkə əridilir. Onlardan böyük palto düymələri, kəmər başlıqları və hətta ayaqqabılar üçün dəmir dabanlar hazırlamaq üçün istifadə olunur. 

Şirkət işçiləri hər biri bir neçə kiloqram qızıl olan köhnəlmiş paltolarla təmin edilir. Çemodanların metal çərçivələri paslı dəmirə bənzədilmiş qızıl çərçivələrlə əvəz edilir və üzərinə qara rəng çəkilir. Deyilənlərə görə, mühəndislərin şəxsi əşyaları kimi özləri ilə apardıqları bəzi iş alətlərini də qızıldan hazırlanıb, üzərinə mazut çəkilərək şübhədən kənar görünməsi üçün açıq şəkildə çantalara qoyulur. 

O dövrdə kerosin lampaları və primus sobaları vacib əşyalar idi. Nobellər daxili hissələri - fitil tutacaqları və üzükləri - qızıldan tökülmüş bir dəstə lampa hazırlayırlar.

Lampalar köhnə və çirkli görünməsi üçün hisə verilir. Gedən şəxslərin əşyaları axtarış ediləndə, işçilər əllərini hislə çirkləndirməmək üçün  onları  kənara qoyurlar, baxmayaraq ki, tək bir lampada 200-300 qrama qədər təmiz qızıl var idi. 

Şirkətin bir çox işçisi özlərini mühəndislər kimi qələmə verərək üstlərində milyonlarla dəyəri olan qızıl əşyalar ilə Bakıdan ayrılırlar. Bu "qızıl qaçaqmalçılığı" sayəsində  Nobellər var-dövlətlərinin böyük hissəsini xilas edə bilirlər. 

1920-ci ildə Bakıya daxil olan bolşeviklər, bütün neft yataqlarını milliləşdirəndə Nobellərə məxsus zavod və şirkətlərdə seyflərin boş olduğunu görürlər. Onların demək olar ki, bütün əsas sərvətləri artıq İsveçdə idi...

Mənbələr:

1)Rusiya Dövlət Tarix Arxivi 1268 nömrəli Kolleksiya (Qafqaz Komitəsi) və 1458 nömrəli Kolleksiya (Nobel Qardaşları Tərəfdaşlığı)

2)Azərbaycan Milli Arxivi: 600 nömrəli Kolleksiya

3) Brita Åsbrink, "Ludvig Nobel: Petroleum har en lysande framtid"

4) Branobel History- branobelhistory.com

5) Robert Tolf. The Russian Rockefellers

https://archive.org/details/russianrockefell00robe

6) Бриты Осбринк "Империя Нобелей"https://www.litres.ru/.../imperiya-nobeley.../chitat-onlayn/

Prof.Dr. Zaur Aliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:481
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 Dekabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri