Icma.az
close
up
RU
Nobel Sülh Mükafatı məhkəməlik olacaq ağır ittiham var

Nobel Sülh Mükafatı məhkəməlik olacaq ağır ittiham var

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Nobel Sülh Mükafatının qalibi rəsmi açıqlanmadan bir neçə saat əvvəl Venesuela müxalifət lideri Maria Korina Maçadonun adı ilə bağlı onlayn mərc platformalarında qeyri-adi artım qeydə alınıb. İddialara görə, qısa müddətdə bu artımdan faydalanan bir istifadəçi 62 min dollardan çox qazanc əldə edib. Hadisə ilə bağlı Nobel Komitəsi məlumat sızması şübhəsi ilə araşdırmaya başlayıb.

Milli.Az xəbər verir ki, Norveçin paytaxtı Osloda yerləşən Norveç Nobel İnstitutunda keçirilən mətbuat konfransında, 2025 Nobel Sülh Mükafatının Venesuela müxalifət lideri Maria Korina Maçadaya verildiyi açıqlanıb.

Maçado bu mükafata "Venesuela xalqının demokratik hüquqlarını müdafiə etmək və diktaturadan demokratiyaya ədalətli və dinc keçid uğrunda apardığı mübarizəyə görə" layiq görülüb.

ABŞ prezidenti Donald Trampın da vaxtilə arzuladığı Nobel Sülh Mükafatı bu dəfə mərc qalmaqalı ilə gündəmə gəlib. Məlumata görə, mükafat açıqlanmadan bir neçə saat əvvəl Maçadoya qoyulan mərclər sürətlə artmağa başlayıb.

Başlanğıc ehtimal: %3,75

Bir neçə saat içində: %72,8

Bu kəskin dəyişiklik rəsmi açıqlamadan əvvəl məlumatın bəzi şəxslərə ötürüldüyü şübhələrini gücləndirib.

Mərcdəki artımı görən çox sayda istifadəçi Maçado adına yüksək məbləğlər yatırıb. Bəzi hesabların yeni yaradılması da diqqət çəkib. İddialara görə, bir istifadəçi bu prosesdən 65 min dollardan çox qazanıb.

Nobel İnstitutunun rəhbəri Kristian Berq Harpvikken mövzu ilə bağlı Bloombergə açıqlama verib:

"Məlumatlarımızdan pul qazanmaq istəyən cinayətkar qrupların hədəfi olmuş ola bilərik."

O, hələlik dəqiq sübutun olmadığını, lakin rəsmi araşdırmanın başladıldığını bildirib.
Lalə Qüdrətova
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 Oktyabr 2025 23:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri