Nohurgöldə batan şəxsin çantası tapıldı YENİLƏNİB
Qəbələnin Nohurqışlaq kəndi ərazisindəki göldə batan şəxsin bəzi əşyaları tapılıb.
Lent.az xəbər verir ki, Nohurgöldə batdığı iddia olunan şəxsin çantası göl kənarında aşkar edilib. Çantanın içərisində onun paltarları, şəxsiyyət vəsiqəsi və telefonu olub.
Hazırda FHN-nin xilasediciləri tərəfindən meyitin tapılaraq, çıxarılması istiqamətində tədbirlər görülür.
***
14:31
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonu, Nohurqışlaq kəndində göldə 1 nəfərin batması barədə məlumat daxil olub.
Lent.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Şimal-qərb Regional Mərkəzinin xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.