Göyçayda kanalda batan şəxsin meyiti tapıldı YENİLƏNİB
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Göyçayda suda batan şəxsin meyiti tapılıb.
"Unikal" xəbər verir ki, Yuxarı Şirvan kanalında batan 37 yaşlı Ağdaş rayon sakini İlkin Seyidovun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran Dalğıc axtarış qrupu tərəfindən aşkar edilib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə araşdırma aparır.
*** 00:06
Göyçayda kişi su kanalında batıb.
"Unikal" xəbər verir ki, hadisə rayonun Hacalıkənd kəndində qeydə alınıb. İlkin məlumata görə, 1987-ci il təvəllüdlü, Ağdaş rayon sakini Seyidov İlkin Bəhram oğlu Yuxarı Şirvan kanalının Göyçaydan keçən hissəsində suya düşüb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidədir. Suda batdığı ehtimal edilən şəxsin axtarışlarına başlanılıb.
Baxış sayı:119
Bu xəbər 13 Noyabr 2024 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















