Nokauta düşən tanınmış boksçu öldü
Fanat saytına istinadən Icma.az xəbər verir.
Ötən ilin son günlərində baş tutan döyüşdə Paul Eliasa nokautla məğlub olan tanzaniyalı peşəkar boksçu Hassan Mqaya faciəvi şəkildə dünyasını dəyişib.
Fanat.Az xəbər verir ki, "The Sun" yayıb.
Mqaya ilə Elias arasında döyüş dekabrın 27-də Tanzaniyanın Dar əs-Salam şəhərində baş verib. Elias nokautla qalib gəlib. Ağır zədə alan Mqaya xəstəxanaya aparılıb. 29 yaşlı boksçu bir neçə gün sonra, dekabrın 30-da aldığı xəsarətlərdən vəfat edib.
WBC də boksçunun ölümü ilə bağlı açıqlama yayaraq onun ailəsinə və yaxınlarına başsağlığı verib.
Mqaya üçün ölümünə səbəb olan döyüş 2024-cü ildə keçirdiyi 4-cü duel olub. Ümumilikdə, o, karyerasında 8 döyüş keçirib: bunların üçündə qalib gəlib, ikisində uduzub, daha üçündə isə heç-heçə qeydə alınıb.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 03 Yanvar 2025 21:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















