“Nokia” süni intellekt funksiyasına malik düyməli telefonlar buraxıb
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Nokia” brendinin hüquqlarına sahib olan “HMD Global” şirkəti eyni anda dörd yeni düyməli telefon təqdim edib: “Nokia 200 4G”, “Nokia 210 4G”, Nokia 215 4G 2nd Edition” və “Nokia 235 4G 2nd Edition”.
Yeniavaz.com xəbər verir ki, klassik dizayna baxmayaraq, cihazlar video zənglər və daxili süni intellekt dəstəyi də daxil olmaqla müasir xüsusiyyətlərə malikdir.
Yeni “Nokia” nə edə bilər?
Dörd modelin hamısı video zəngləri dəstəkləyən “Xpress” messenceri ilə təchiz olunub. Bunun üçün telefonlara 0,3 MP ön kamera quraşdırılıb.
Bundan əlavə, cihazlar aşağıdakıları edə bilən süni intellekt əsaslı səs köməkçisi ilə təchiz olunub:
- Daxil olan zənglərə cavab vermək,
- Fərdi telefon funksiyalarını idarə etmək,
- Fənəri yandırmaq,
- Zəngli saatı qurmaq.
Yeni cihazlar həmçinin düyməli telefonlar üçün xüsusi olaraq uyğunlaşdırılmış bulud xidmətlərini də dəstəkləyir. İstifadəçilər xəbərlər, hava, qısa videolar və digər məzmunlu mini-tətbiqlərə çıxış əldə edə bilərlər.
Bu mövzuda digər xəbərlər:Nokia yeni düyməli telefonlar hazırlayır
14 Aprel 2025 08:57
Nokia rekord tutumlu batareyaya malik telefon buraxıb
21 İyul 2026 00:04
Nokia düyməli telefonlardan imtina etmir: Bu ölkədə liderdir
24 Sentyabr 2025 19:27
“Nokia” brendi tarixə qovuşur
13 Yanvar 2025 12:44
Xiaomi Nokia texnologiyasından istifadə edəcək
03 Sentyabr 2025 17:54
Baxış sayı:256
Bu xəbər 05 İyul 2026 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















