Icma.az
close
up
RU
NomadMania səyyah klubunun Xankəndiyə səfəri başladı FOTO YENİLƏNİB

NomadMania səyyah klubunun Xankəndiyə səfəri başladı FOTO YENİLƏNİB

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"NomadMania" səyyah klubunun Xankəndi şəhərinə səfəri başlayıb.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, səfər zamanı səyyahlara şəhər haqqında geniş məlumat verilib.

Bildirilib ki, ötən əsrin sonlarında ermənilərin Azərbaycana qarşı başladıqları torpaq iddiaları zamanı Xankəndi şəhəri və ətraf kəndlərdə etnik təmizləmə siyasəti aparılıb. Şəhərin azərbaycanlı sakinləri təzyiqlərə məruz qalıb, onlara qarşı fiziki işgəncələr tətbiq edilib.

Səyyahlar Xankəndi səfərində Qarabağ Universitetini də ziyarət ediblər. Qonaqlara Qarabağ Universitetinin fəaliyyəti və burada yaradılan təhsil səviyyəsinin beynəlxalq səviyyədə təşkil olunması bildirilib.

***

Dünya şöhrətli "NomadMania" səyyah klubunun Şuşa şəhərinə səfəri başlayıb.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, beynəlxalq səyyahların azad edilmiş ərazilərə sayca 13-cü qrup səfəridir.

Budəfəki səfər zamanı dünyanın 30 ölkəsinin - ABŞ, Böyük Britaniya, Belçika, Almaniya, İsveçrə, Polşa, Niderland, Fransa, Braziliya, Mərakeş, Danimarka, Çili, Portuqaliya, Syerra Leone, Ruanda, Suriya, Hindistan, Serbiya, Yunanıstan, Albaniya, Türkiyə, Slovakiya, Sinqapur, İtaliya, İspaniya, İran, Kamerun, Çin, Avstraliya və Yeni Zelandiyanın səyyah elitasında yer alan nüfuzlu beynəlxalq səyahətçilər Qarabağa səfər edib.

6 qitəni təmsil edən səyyahların yer aldığı qrupun rəhbəri dünya şöhrətli səyyah, "NomadMania" klubunun təsisçisi Hari Mitsidisdir.

***

Bu gündən dünya şöhrətli "NomadMania" səyyah klubunun Qarabağa səfərləri başlayıb.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, qonaqları daşıyan təyyarə artıq Füzuli Beynəlxalq Hava Limanına eniş edib.

Səfərin təşkilatçıları hava limanı barəsində qonaqlara geniş məlumat veriblər. Bildirilib ki, Füzuli işğaldan azad edildikdən sonra bu ərazi qısa müddət ərzində mina və partlamamış hərbi sursatlardan təmizlənib, beynəlxalq standartlara cavab verən liman inşa olunub.

Bu, beynəlxalq səyyahların azad edilmiş ərazilərə sayca 13-cü qrup səfəridir. Budəfəki səfər zamanı 30 ölkədən olan səyyahlar Şuşa, Xankəndi və Ağdama səfər edəcəklər.

***

Bu gün dünyanın 30 ölkəsinin - ABŞ, Britaniya, Belçika, Almaniya, İsveçrə, Polşa, Niderland, Fransa, Braziliya, Mərakeş, Danimarka, Çili, Portuqaliya, Syerra-Leone, Ruanda, Suriya, Hindistan, Serbiya, Yunanıstan, Albaniya, Türkiyə, Slovakiya, Sinqapur, İtaliya, İspaniya, İran, Kamerun, Çin, Avstraliya və Yeni Zelandiyanın səyyah elitasında yer alan nüfuzlu beynəlxalq səyahətçilərin Qarabağa səfəri başlayır.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, qrupun rəhbəri dünyaşöhrətli səyyah, "NomadMania" klubunun təsisçisi Hari Mitsidisdir.

Heyət üç gün ərzində Qarabağ və Şərqi Zəngəzurda olacaq, aparılan nəhəng bərpa və quruculuq işlərini, minatəmizləmə fəaliyyətini, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşilikləri, dağıntıları müşahidə edəcək. Bu səfər azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıdılmasında müstəsna rol oynayır.

Qeyd edək ki, Vətən müharibəsindən ötən beş il ərzində dünyanın əsas beynəlxalq səyyah şəbəkələrinin - ETIC, MTP, TCC, "NomadMania" və əksəriyyəti bu klubların üzvləri olan Türkiyə Gəzginlər Klubu, "Club-100" (İsveç), "Piki Reels" (Böyük Britaniya), "Vagaclub" (Norveç) klublarının geniş tərkibdə heyətlərinin 12 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Budəfəki səfər isə prosesin davamı olmaqla, beynəlxalq səyyahların azad edilmiş ərazilərə sayca 13-cü qrup səfəridir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 24 Aprel 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri