Nömrəsiz maşının qabağını qaldırıb dayanacağı zəbt edən SÜRÜCÜ SAXLANILDI VİDEO YENİLƏNİB
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a bildirilib ki, həmin sürücü saxlanılaraq avtomobili duracağa yerləşdirilib. Sürücü konstruksiya dəyişikliyinə yol verdiyi üçün, barəsində inzibati tənbeh tədbiri görülüb.
***
Yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünün videosunu oxuculardan biri qeydə alaraq redaksiyamızın qaynar xəttinə göndərib. Avtosfer.az xəbər verir ki, hadisə Xəzər rayonu Binə qəsəbəsində qeydə alınıb.
Belə ki, 99-ZL-267 qeydiyyat nişanlı "VAZ 2107" markalı avtomobilin sürücüsü dayanma-durma qaydasını pozaraq avtobus dayanacağını zəbt edib. Sürücünün konstruksiya dəyişikliyi edərək avtomobilin önünü qaldırması videogörüntüyə əks olunub. Redaksiyamıza müraciət edən oxucu bildirir ki, həmin sürücü hər gün avtomobili bu vəziyyətdə idarə edir.
Ümid edirik ki, sürücü tez bir zamanda aşkar edilərək barəsində qanunamüvafiq qaydada tədbirlər görüləcək.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 20 Fevral 2025 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















