Tovuzda maşını 22 barmaq göyə qaldırıb nömrəsiz sürən sürücü SAXLANILDI RƏSMİ VİDEO
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Tovuz rayonunda qayda pozan sürücü özünü videoya çəkərək “TikTok” sosial şəbəkəsində paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, “VAZ-2101” markalı avtomobilin sürücüsü maşını dövlət nömrə nişanı olmadan idarə edib. Digər kadrda isə o, nəqliyyat vasitəsinin konstruksiyasına müdaxilə edərək ön hissəsini 22 barmaq göyə qaldırıb, arxa tərəfini isə aşağı salıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən avtomobilin sürücüsü Tovuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində müəyyən edilib. Sürücü barəsində qanunamüvafiq tədbir görülüb və avtomobilin istismarı dayandırılaraq müvəqqəti duracağa yerləşdirilib.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 01 Aprel 2025 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















