Maşına qabağını göyə qaldırıb nömrəsiz sürən sürücü cəzalandırıldı RƏSMİ VİDEO
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Avtomobilə konstruksiya dəyişikliyi edərək idarə edən sürücünün videosu sosial şəbəkədə paylaşılıb.
Avtosfer.az-ın məlumatına görə, görüntü bir müddət əvvəl axşam saatlarında Göyçay rayonunda qeydə alınıb. Belə ki, 10-XO-458 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsinin arxa yaylarını kəsərək ön hissəsini qaldırıb. Eyni zamanda o, sayrışan işıq cihazları quraşdıraraq avtomobili ön dövlət nömrə nişanı olmadan idarə edib. Kadrda sürücünün lüzumsuz manevrlər etdiyi də aydın şəkildə əks olunub.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a bildirilib ki, “VAZ-2107” markalı avtomobilin sürücüsü Göyçay rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və barəsində protokol tərtib olunaraq inzibati məsuliyyətə cəlb edilib.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 18 Dekabr 2024 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















