Icma.az
close
up
RU
Normal doğum ana ilə uşaq arasında ilkin bağlanmanı daha güclü edir HƏKİM AÇIQLADI

Normal doğum ana ilə uşaq arasında ilkin bağlanmanı daha güclü edir HƏKİM AÇIQLADI

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

"Normal doğumda uşaq ananın doğum kanalından keçərkən oradakı faydalı bakteriyalarla təmasda olur. Bu bakteriyalar uşağın bağırsaq florasının və immun sisteminin inkişafına kömək edir". Bu sözləri SİA-ya açıqlamasında cərrah, mama ginekoloq Ləman Əliyeva deyib.
Onun sözlərinə görə, qeysəriyyə ilə doğulan uşaqlar bu bakteriyalarla təmasda olmur, bu da onların immun sisteminin daha zəif inkişaf etməsinə səbəb olur: "Normal doğum zamanı uşaq doğum kanalından keçərkən ağciyərlərindəki maye sıxılır və daha rahat nəfəs almağa başlayır. Qeysəriyyə doğumunda bu proses baş vermədiyi üçün bəzi uşaqlarda doğuşdan sonra qısamüddətli tənəffüs problemləri ola bilər. Bəzi tədqiqatlar normal doğumun, ana ilə uşaq arasında ilkin bağlanmanı daha güclü etdiyini iddia edir, çünki dərhal təmas və südvermə daha tez baş verir, əməliyyatdan sonra bu proses bir az gecikir.

Qeysəriyyə ilə doğulan uşaqlar isə bu təbii mikroblarla təmasda olmadıqları üçün onların bağırsaq mikrobiomu fərqli formalaşa bilər. Bu, bəzi hallarda uşağın immun sistemində zəiflik, allergiya, astma, ekzema və hətta obezlik kimi problemlərə səbəb ola bilər. Eyni zamanda, əməliyyatla doğulan uşaqlarda tənəffüs sisteminin uyğunlaşması bir qədər gecikə və doğumdan sonra qısamüddətli tənəffüs problemləri müşahidə oluna bilər. Gələcəkdə bu fərqlər uşağın ümumi sağlamlığına və inkişafına da təsir göstərə bilər. Məsələn, bəzi tədqiqatlar qeysəriyyə ilə doğulan uşaqlarda piylənmə riskinin bir qədər yüksək ola biləcəyini, həmçinin bəzi immun sistem pozğunluqlarına daha meyilli olduqlarını göstərir. Lakin bu fərqlər tamamilə həlledici deyil – uşağın sonrakı həyatı boyunca aldığı qidalanma, ailə mühiti, həyat tərzi və digər faktorlar da böyük rol oynayır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Aprel 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see156

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see137

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see133

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri