Norveç şahzadəsi Epşteynlə əlaqələrinə görə üzr istədi
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Norveç şahzadəsi Mette-Marit məşhur maliyyəçi Ceffri Epşteyn ilə əlaqələrinə görə üzr istəyib.
Moderator.az xəbər verir ki, şahzadə açıqlamasında bildirib: "Məyus etdiyim hər kəsdən üzr istəyirəm. Epşteynlə aramızda olan mesajlar mənim əsl kimliyimi əks etdirmir. Həmçinin Kral Sarayına, xüsusən də Kral və Kraliçaya yaratdığım vəziyyətə görə təəssüflənirəm".
Norveç şahzadəsinin adı Epşteynin yeni sənədlərində min dəfədən çox xatırlanır. Lakin o, maliyyəçinin cinayətkar fəaliyyətindən xəbərsiz olduğunu bildirib və onunla əlaqələrindən peşmanlığını ifadə edib.
Norveç Kral Evi şahzadənin 2013-cü ildə Epşteynlə əlaqəsini dayandırdığını bildirib.
Epşteyn 2002-2005-ci illər arasında onlarla yetkinlik yaşına çatmayan qız üçün Nyu-Yorkdakı evinə və şəxsi adasına səfərlər təşkil etməkdə ittiham olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 06 Fevral 2026 19:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















