Norveç təyyarəsi Heydər Əliyev Aeroportuna təcili eniş sorğusu göndərib
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Norveçin “Norse Atlantic Airways” aviaşirkətinin Brno–Phuket reysini yerinə yetirən hava gəmisinin kapitanı yanacaq doldurmaq zərurəti ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Bu barədə “Ölkə.az”a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.
“Boeing 787” təyyarəsi yerli vaxtla saat 07:55-də uğurla Bakı aeroportuna eniş edib. Marşrutun dəyişdirilməsi nəticəsində uçuş müddətinin uzanması səbəbindən komandir yanacaq doldurma qərarına gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportu yanacaq doldurulması və reysin davam etdirilməsi üçün bütün zəruri şəraiti operativ şəkildə təmin edib.

Norveç təyyarəsi Heydər Əliyev Aeroportuna təcili eniş sorğusu göndərib
15 Noyabr 2024 10:37
Norveç təyyarəsi Heydər Əliyev Aeroportuna təcili eniş sorğusu göndərib KONKRET
15 Noyabr 2024 09:07
Norveç təyyarəsi Heydər Əliyev Aeroportuna təcili eniş sorğusu göndərdi
15 Noyabr 2024 09:12

