Norveç uşaqları sosial şəbəkələrdən qorumağa hazırlaşır
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Norveç hökuməti "Meta" şirkətinə məktub göndərərək platformalarında uşaqların və yeniyetmələrin müdafiəsi üçün daha sərt tədbirlər görülməsini tələb edib.
Moderator.az "Aftenposten"ə istinadən xəbər verir ki, bu barədə Baş nazir Yonas Har Styore məlumat verib.
Buna səbəb "Meta"nın ABŞ ştatları ilə əldə etdiyi son razılaşma olub. Razılaşma sosial şəbəkələrdə yaşla bağlı nəzarətin gücləndirilməsini, tətbiqlərdən gündəlik istifadə müddətinə məhdudiyyətlərin qoyulmasını, gecə bildirişlərinin və dərs vaxtı xəbərdarlıqlarının qadağan edilməsini, həmçinin 18 yaşdan aşağı istifadəçilər üçün alqoritmik lentin söndürülməsi imkanını nəzərdə tutur.
"Uşaqların təhlükəsizliyi prioritet olmalıdır. Biz texnologiya nəhənglərinin öz platformalarında uşaqların və yeniyetmələrin müdafiəsi üçün məsuliyyət daşımasını gözləyirik. Buna görə də "Meta" şirkətinə məktub göndərərək şirkətin Norveçdə də uşaqların və yeniyetmələrin müdafiəsi üçün tədbirlər görməsini tələb etdik", - deyə Styore bildirib.
Xatırladaq ki, Norveç hökuməti sosial şəbəkələr üçün 16 yaşadək yaş məhdudiyyəti tətbiq etmək niyyətindədir. Qanun layihəsinin ilin sonunadək təqdim edilməsi planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 13 Sentyabr 2026 08:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















