Icma.az
close
up
RU
Uşaqları sosial şəbəkələrdən asılı edən nədir? Psixoloqdan AÇIQLAMA

Uşaqları sosial şəbəkələrdən asılı edən nədir? Psixoloqdan AÇIQLAMA

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sevinc Həbibova: “Uşaqlar mobil telefonlarını sanki öz doğmalarından daha çox sevirlər”

Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi və gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə uşaqların internet mühitində təhlükəsizliyinin qorunması dövlətlər üçün prioritet məsələlərdən biri hesab olunur. Azərbaycan da beynəlxalq təcrübəni və ölkədaxili reallıqları nəzərə alaraq bu sahədə hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində yeni addımlar atır.

Bu çərçivədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, eləcə də "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlara dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsi Milli Məclisin müzakirəsinə çıxarılıb. Layihəyə əsasən, 16 yaşı tamam olmayan şəxslərin sosial şəbəkələrdə və digər rəqəmsal platformalarda şəxsi hesab yaratmasına yol verilməyəcək. Eyni zamanda qanun qüvvəyə mindikdən sonra internet provayderləri mövcud istifadəçi hesablarının yaş meyarına uyğunluğunu yoxlamalı olacaqlar. İstifadəçi 16 yaşını təsdiq edən məlumat təqdim etmədiyi halda həmin hesablar, eləcə də onlara aid fərdi məlumatlar silinəcək.

Sosial şəbəkələr və rəqəmsal platformalar uşaqlar üçün ünsiyyət qurmaq, bilik əldə etmək və özlərini inkişaf etdirmək baxımından geniş imkanlar yaratsa da, bu mühit müəyyən risklər də daşıyır. Kiberzorakılıq, yalan məlumatların yayılması, zorakılıq və aqressiya elementləri ehtiva edən məzmun, qumar oyunlarının təbliği, eləcə də şəxsi məlumatların qorunması ilə bağlı təhlükələr həm valideynləri, həm də aidiyyəti dövlət qurumlarını narahat edən əsas problemlər sırasında yer alır.

Bu barədə psixoloq Sevinc Həbibova “AzPolitika”ya açıqlamasında bildirib ki, ilk növbədə valideynlərin övladları ilə dost olması vacibdir:

“Uşaqlara zaman ayırmaq, onları hər hansı bir dərnəylərə aparmaq - rəqsə, rəsmə və digər bu kimi fəaliyyətlərə yönəltmək lazımdır. Bu zaman inanın ki, heç bir uşağın sosial şəbəkələrə ayırmağa vaxtı qalmaz. Məktəb başlayanda məktəbə yollanarlar, sonra hazırlıq və dərnəklərə qatılarlar. Amma nə yazıq ki, bugünkü gündə ata və ana işdə olduğundan əksər uşaqlar valideynsiz qalırlar. Tək qalan uşaqlar bu zaman sosial şəbəkələrə yönəlirlər”.

Psixoloq son dönəmlər sosial şəbəkələrdə geniş vüsət almış zərərli məlumatlardan da danışıb: “Son vaxtlar sosial şəbəkələrdə intihar tipli xəbərlərin geniş yayıldığını görürük. Təəssüf ki, azyaşlılar sosial şəbəkələrdə bu tip xəbərlərlə rastlaşırlar. Mən istəyərdim ki, bu səbəbdən sosial şəbəkələrdən azyaşlıların istifadəsi ilə bağlı qadağa tətbiq olunsun. Çünki orada zərərli məlumatlar kifayət qədərdir. Bu məsələ rəsmi qaydada təsdiq olunsaydı ki, məsələn, “bu yaşa qədər azyaşlıların sosial şəbəkələrdən istifadəsi edə bilməzlər” bax bu, çox gözəl olardı. Yəqin ki, siz də görürsünüz bu gün uşaqlarımız ünsiyyətdən kənar qalıblar. Söz soruşan zaman bəzən cavab verməzlər, mobil telefonlarını sanki öz doğmalarından daha çox sevirlər”.

S. Həbibova həmçinin bildirib ki, sosial şəbəkələrin mənfi tərəfləri ilə yanaşı, müsbət yanları da var: “Biz bu gün bir çox vacib xəbərləri məhz sosial şəbəkələr vasitəsilə alırıq. Ancaq dediyim kimi, burada mənfi xəbərlərlə də rastlaşmaq mümkündür. Ona görə də br daha valdeynlərə tövsiyə edərdim ki, uşaqları ilə daha çox vaxt keçirinlər. Onlarla daim ünsiyyətdə olub, birlikdə müəyyən fəaliyyətlər icra etsinlər”.

E. Bəyməmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 İyul 2026 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri