Norveç və Böyük Britaniya Ukraynaya patrul qayıqları tədarük edəcək
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 20 noyabr, AZƏRTAC
Norveç və Böyük Britaniya Qara dənizdəki dəniz dəhlizinin mühafizəsini gücləndirmək məqsədilə Ukraynaya ümumi dəyəri 1 milyard Norveç kronu (102,3 milyon dollar) olan iki yüksək sürətli patrul qayığı tədarük edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Norveç Baş naziri Yonas Qar Störenin ofisi məlumat yayıb.
Bildirib ki, bu əməkdaşlıq Ukraynanın özünü, iqtisadiyyatını və Qara dəniz vasitəsilə taxıl da daxil olmaqla, mühüm ixracını qorumaq imkanlarını gücləndirəcək.
Tədarükün Berlində “Könüllülər Koalisiyası”nın görüşü çərçivəsində iki ölkənin baş nazirləri tərəfindən elan edildiyi bildirilir.
Qeyd edək ki, Norveç 2027-ci ilədək “Nansen” proqramı çərçivəsində Ukraynaya mülki və hərbi yardım üçün 85 milyard Norveç kronu (8,7 milyard dollar) ayırmağı planlaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 20 Noyabr 2026 05:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















