Icma.az
close
up
RU
“Nottingem Forest” Postekoğlunu “sükan arxasına” gətirdi

“Nottingem Forest” Postekoğlunu “sükan arxasına” gətirdi

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

İngiltərə premyer-liqasında hələ cəmi üç tur arxada qalıb. Bununla belə, ilk məşqçi istefası gerçəkləşdi. “Nottingem Forest” bu mənada “cığıraçan” oldu. “Meşəçilər”in rəhbərliyi Nunu Eşpiritu Santunu istefaya göndərdi, onun yerinə Ange Postekoğlunu gətirdi.

60 yaşlı yunan mütəxəssisin “meşəçilər”i çalışdıracağı ilə bağlı xəbərlər son bir neçə gündə Britaniya mediasının bəzəyi idi. “Bild” isə iddia edir ki, klub rəhbərliyi yenicə “Fənərbaxça”nı qəbul edən Domeniko Tedesko da qarışıq başqa şəxslərin də namizədliyini nəzərdən keçirib.
Avropada əsasən “Seltik” və “Tottenhem”i çalışdırması ilə tanınan Postekoğlu “mahmızlar”dan yayda ayrılıb. 2023-cü ilin iyunundan “Tottenhem”i çalışdıran yunan mütəxəssis ötən mövsüm bu komandanı Avropa Liqasının qalibi edib.
Bəs portuqaliyalı mütəxəssis niyə “Nottengem”dən ayrıldı? Nunu Eşpiritu Santu ilə vidalaşmaq qərarı çoxları üçün gözlənilməz oldu. Hələ yayda klub onunla 2028-ci ilə qədər müqavilə imzalamışdı – axı portuqaliyalı son 30 ildə ilk dəfə “Forest”i avrokuboklara çıxarmışdı, premyer-liqada üç dəfə ayın məşqçisi sayılmışdı.
Ancaq yeni mövsümdə işlər baş-ayaq getdi. Artıq avqustda bukmeker kontorları Nununu istefaya göndərilməyə əsas namizəd sayırdı, baş məşqçi özü isə klubun sahibi Yevangelos Marinakislə münaqişə aparırdı. Bir müddət əvvəl “Sky Sports”a müsahibə verən Nunu klubun transfer siyasətini tənqid etmişdi. Bu müsahibə “Nottingem”in düşərgəsində şok effekti doğurdu, fikir ayrılıqlarını bir qədər də dərinləşdirdi. Hətta 4 futbolçuya görə 118 milyon funt ödənilməsi də vəziyyəti qaydasına salmadı. Rəhbərlik düşündü ki, baş məşqçi bilərəkdən vəziyyəti gərginləşdirmək yolunu tutub. Təbii ki, belədə istefa qaçılmaz idi.
İndi iə Postekoğlunun personasına nəzər salaq. “Forest” üçün Postekoğlu qeyri-adi fiqurdu. Yunanıstanda dünyaya gəlsə də, 1970-ci ildə ailəsi ilə birgə Avstraliyaya köçən Postekoğlu məhz burda böyüyüb, boya-başa çatıb, 2013-17 aralığında bu ölkənin yığmasını çalışdırıb, Avropada məşhurluq qazanması ilə Şotlandiya çempionu etdiyi “Seltik”in adı ilə bağlıdı.
Bir qədər əvvəl vurğuladığımız kimi, Postekoğlu 2023-ün iyunundan bu ilin yayına qədər “Tottenhem”i çalışdırıb. Premyer-liqadakı nəticələri birmənalı qiymətləndirmək çətindi. “Mahmızlar” 2024/25 mövsümünü 17-ci yerdə bitirsələr də, Avropa Liqasının finalında “Mançester Yunayted”i məğlub etməyi (1:0) bacardılar. İndi isə mütəxəssis yeni çağırışla üzləşib – “Forest”i premyer-liqada sabit səviyyəyə qaldırmalı və avrokuboklarda yaxşı çıxış etməlidi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 16 Sentyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri