Icma.az
close
up
RU
Növbə psixoloqlara da çatdı AÇIQLAMA

Növbə psixoloqlara da çatdı AÇIQLAMA

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Düzgün sertifikasiya keçirilərsə, savadsızların meydanda olmasının qarşısı alınar 


“Etik normaları bilməyən, kobud danışığı, qeyri-etik davranışı olanları efirə dəvət etməsinlər. Onlar efirə dəvət edildikcə, bəzi verilişlər də reytinq ardınca qaçdıqca, saxta psixoloqlar da çoxalacaq, saxta həkimlər də...”


TV-lərdə meydan sulayan psixoloqların da sertifikasiyaya cəlb olunacağı gün uzaqda deyil. Necə ki burun-dodaq dəyişə-dəyişə insanların həyatına təhlükə yaradan  plastik cərrahlarla bağlı nəhayət tədbir görülür, eləcə də imitasiya ilə məşğul olan “psixoloq”lara da əncam çəkiləcək. Birisi efirdə “adam kasıbdırsa, günah özündədir”, deyirsə, o nəinki psixoloq, ümumiyyətlə, normal insan sayılmaz. Hərçənd belələri efirlərin “sevilən qonağı” olur, verilişdə əda ilə əyləşib, psixoloji yardım təklif edir. Getdikcə sayları çoxalan, hərəsi bir klinika, mərkəz açan “psixoloqları” meydandan çıxarmanın üsulu nədir?      


Təcrübəli psixoterapevt Fərqanə Mehmanqızı “Sherg.az”a açıqlamasında qeyd etdi ki, sertifikasiyanın keçirilməsi müsbət olardı, lakin bu, gözlənilən nəticəni verəcəkmi, mühüm olan budur: 


- İlk olaraq gəlin baxaq; məktəb psixoloqları hələ sertifikasiyadan keçir. Effekt nədir, nə görürük, nə dəyişiklik var, hansı irəliləyiş var, biz onların işində müsbət dəyişkilik, yenilik görürükmü?.. İkincisi, psixoloqların sertifikasiyası niyə də olmasın? Məncə, sertifikasiyadan keçməlidirlər, həm psixoloqlar, həm loqopedlər. Hər ikisi də. Ölkədə xeyli sayda psixoloq, loqoped fəaliyyət göstərir. Savadlı, savadsız - hər kəs işləyir. Bu sahəyə bələd olmayan saxta psixoloqlar, imitasiya ilə məşğul olanlar var. Düzgün sertifikasiya keçirilərsə, hesab edirəm ki, savadsızların meydanda olmasının qarşısı alınar. 


F. Mehmanqızı qeyd etdi ki, sertifikasiyanın keçirilmə qaydası əhəmiyyətlidir: 

- Sertifikasiya üçün suallar, tapşırıqlar kimlər tərəfindən, necə tərtib olunur? Bu, çox vacibdir. Çünki bir var, praktik psixologiya, bir də var nəzəri. Psixoloq var ki, nəzəriyyəni əla bilir. Alimdir, professordur. Amma uşaqlarla, insanlarla işləyə bilmir, çünki təcrübəsi yoxdur. Müəllimlik də belədir. Müəllim var, nəzəriyyəni yaxşı bilır, amma şagirdə, tələbəyə öyrədə bilmir, biliyini çatdıra bilmir. Sertifikasiyada qoyulan suallara nəzəriyyəni əla bilən şəxs yaxşı cavab verəcək, gərəkən balı toplayacaq və işləməyə icazə əldə edəcək. Amma işləyə bilməyəcək, çünki təcrübə keçməyib. Necə ayırd ediləcək, işləyə bilənlə, işləyə bilməyən? Sertifikasiya biliyin yoxlanmasıdır. Bunun mənəvi dəyərlərlə heç bir əlaqəsi yoxdur. Sertifikasiya peşə etikasına təsir etməyəcək. Bu qədər müəllimlər, həkimlər sertifikasiyadan keçirilir, nəticə nədir? Yenə də biz müəllimlərin də, həkimlərin də səhv, yanlış hərəkətlərini, davranışlarını görürük. Amma o danışığını bilməyən “psixoloqlar” ki var, onlar düz edir, halaldı onlara.  Verilişlərə belələrini çağırırlar. Reytinq xətrinə onlara meydan verəndə belə olacaq. O cür ekspertləri, danışığını bilməyənləri bilərəkdən çağırırlar efirə. Biri çıxıb cinsiyyətdən danışır, biri kasıblıqdan. Bunlar “haqqın yolunu” tapıblar. Bu cür psixoloqlar efirə dəvət edilirsə, televiziya rəhbərlərinin səhvidir. Kanal rəhbəri görmür, o kimdir? Qadağa qoysun belələrinə. Onlara sertifikasiya neyləyəcək? Sertifikasiya danışığını düzəldir, mədəni səviyyəsini artırır, nədi? Etik normaları bilməyən, kobud danışığı, qeyri-etik davranışı olanları efirə dəvət etməsinlər. Onlar efirə dəvət edildikcə, bəzi verilişlər də reytinq ardınca qaçdıqca, saxta psixoloqlar da çoxalacaq, saxta həkimlər də. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Fevral 2025 05:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see337

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see315

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see297

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see292

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see262

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see258

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see247

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see240

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see220

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see205

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see203

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see200

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see200

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see195

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see194

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see193

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see190

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see181

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see179

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri