Icma.az
close
up
RU
Turizm potensialını gücləndirməsək, azalan gəlirlərin yerini doldurmaqda çətinlik çəkəcəyik

Turizm potensialını gücləndirməsək, azalan gəlirlərin yerini doldurmaqda çətinlik çəkəcəyik

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentdə büdcə müzakirələri zamanı çıxışında bildirib ki, Azərbaycana turist sayı azalıb.

"Bu il bizdə keçən illə müqayisədə turistlərin sayında 1,7% azalma baş verib. Məsələn, Avropadan gələn turistlərin sayı 21,7% azalıb, Mərkəzi Asiya Respublikalarından gələn turistlərin sayında 10% azalma olub. Amma qonşu Gürcüstanı götürsək, Gürcüstanda anoloji dövrdə, yəni yanvar-sentyabr aylarında turistlərin sayında 6,6% artım olub və bizdə əgər Azərbaycana 2 milyon 171 min turist gəlibsə, bizdən çox kiçik Gürcüstana 4 milyon 307 min turist gəlib. Bizdən iki dəfədən də çox artıb".

Azərbaycana gələn turistlərin sayında azalma niyə baş verir? Dövlət Turizm Agentliyinin bu məsələdə məsuliyyəti nə qədərdir? Turizmi inkişaf etdirmək, bu sahədən gəlir əldə etmək üçün hansı addımların atılmasına ehtiyav var?

Mövzu ilə bağlı Redaktor.az-a danışan millət vəkili Fazil Mustafa bildirdi ki, həqiqətən də neft gəlirləri aşağı düşdükcə, hər bir hökumətdə birinci növbədə dönüb baxa biləcəkləri əsas sahə turizmdir:

"Biz turizm potensialını gücləndirməsək, azalan gəlirlərin yerini doldurmaqda çətinlik çəkəcəyik. Burada müəyyən səbəblər var: sərhədlərin bağlı olması və təhlükəsizlik məsələləri ciddi problemlər yaradır. Ölkəyə təyyarədən başqa digər yollarla gəliş-gediş imkanları məhduddur və bu da turizmə ən böyük təsir edən amillərdən biridir. Eyni zamanda, üçulduzlu və dörduzlu hotellərin sayının cüzi səviyyədə olması turistlər üçün cəlbedici olmayan vəziyyət yaradır. Ona görə də Qüdrət Həsənquliyev haqlı olaraq turizm sahəsində tənzimləmələrin düzgün aparılmasını vurğulayıb. Dövlət Turizm Agentliyi kifayət qədər peşəkar fəaliyyət göstərir və öz təkliflərini cəmiyyətə və hökumətə təqdim edib, turizmi daha sürətli inkişaf etdirmək üçün yollar göstərib. Amma turizmin inkişafı yalnız agentlikdən asılı deyil. Turizm Agentliyi əsasən menecment işi ilə məşğuldur və bu işi uğurla görür. Lakin digər komponentlər olmasa, məsələn, hotel infrastrukturu yoxdursa, yollar bağlıdırsa, sağlamlıq turizmi və digər turist üçün cəlbedici infrastruktur təkmilləşdirilməyibsə, agentlik artıq kimsəni təşviq edə və ya dəvət edə bilməz. Ona görə də bu məsələlər kompleks şəkildə həll olunmalıdır və qiymətlərə xüsusi diqqət yetirilməlidir".

Deputat qeyd etdi ki, Türkiyə kimi bir ölkə xüsusi enerji resursları ilə zəngin olmasa da, turizmdən böyük gəlir əldə edirdi:

"Amma qiymətlərin sürətlə qalxması bu axını Yunanıstana yönəltdi. Hazırda Türkiyənin öz vətəndaşları belə ucuz qiymətləri səbəbindən dincəlmək üçün Yunanıstanı seçirlər. Burada bütün şərtlər nəzərə alınmalıdır ki, ölkə öz imkanlarını itirməsin. İndi biz torpaqları işğaldan azad etmişik, yeni turizm istiqamətləri açılıb, ölkənin təhlükəsizliyi məsələləri həll olunub. Gürcüstanın iki bölgəsi hələ işğal altındadır, amma yenə də turizm sahəsinə diqqət göstərə bilirlər. Ona görə də onların təcrübəsini müəyyən dərəcədə nəzərə almalı və bu fürsəti düzgün qiymətləndirərək ölkəyə gəlir gətirən, büdcəni müəyyən vəsaitlə dolduran bu sahəni prioritet istiqamət kimi görməyə başlamaq lazımdır", - deyə Fazil Mustafa bildirdi.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:30
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Dekabr 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri