Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmtahanlar sadələşdirilməli, yük azaldılmalıdır Kamran Əsədovdan TƏKLİF

İmtahanlar sadələşdirilməli, yük azaldılmalıdır Kamran Əsədovdan TƏKLİF

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov saytımıza açıqlamasında qeyd edib ki, gələcəkdə həm tarix, həm də informatika fənninin buraxılış imtahanına əlavə edilməsi məsələsinə baxmaq olar.

Redaktor.az məsələ ilə bağlı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nərimanov Rayon Komitəsinin sədri, təhsil eksperti Kamran Əsədovun fikirlərini öyrəndi. O bildirdi ki, buraxılış imtahanlarının məzmununa əlavə fənlərin daxil edilməsi ideyası ilk baxışdan təhsilin keyfiyyətinin ölçülməsi baxımından məntiqi görünsə də, real məktəb mühitində artıq mövcud olan yüklənməni daha da artırır və bunun nəticəsi olaraq repetitorluğa tələbat güclənir:

"Son illərdə buraxılış imtahanlarının nəticələri ilə məktəb qiymətləndirməsi arasındakı uyğunsuzluq statistika ilə sübut edir ki, problem imtahanlarda fənlərin sayında deyil, fənlərin məktəbdə öyrədilmə mexanizmindədir. Apardığım təhlillərə əsasən, 2024-cü ilin buraxılış imtahanlarında şagirdlərin yalnız 38-42%-i 50 baldan yuxarı nəticə göstərib, halbuki həmin şagirdlərin məktəb qiymətləri çox zaman 4 və 5 olub. Bu diferensial məsələni daha çox imtahan əlavə etməklə deyil, məktəbdəki tədris keyfiyyətinin yüksəldilməsi ilə həll etməyin zəruri olduğunu göstərir.

Normativ sənədlərin analizi də sübut edir ki, imtahanların məqsədi fənnin çoxluğu deyil, keyfiyyət göstəricilərinin ölçülməsidir. “Ümumi Təhsil haqqında” Qanunun 13.2-ci maddəsində qiymətləndirmənin məqsədinin “şagirdin bilik, bacarıq və kompetensiyalarının müəyyən edilməsi” olduğu qeyd edilir, fənlərin sayının artırılması kimi tələb qoyulmur. Bu baxımdan buraxılış imtahanlarının genişləndirilməsi qanunun mahiyyətini dəyişdirmir, əksinə, şagirdin real kompetensiyasının ölçülməsini çətinləşdirir. Qanun fənlərin növünü deyil, qiymətləndirmənin keyfiyyətini əsas götürür ki, bu da imtahan modelinin sadələşdirilməsini, daha az stress yaradan, daha çox bacarığa əsaslanan formatlara keçidi tələb edir".

K.Əsədovun sözlərinə görə, reallıq göstərir ki, tarix və informatika kimi fənləri buraxılışa əlavə etmək, əslində, fənlərin inkişafına yox, imtahan yönümlü öyrənməyə şərait yaradır:

"Tarix fənni məktəbdə 6 il tədris olunur və hazırda KSQ və BSQ vasitəsilə müntəzəm qiymətləndirmədən keçir. Yəni şagirdin biliklərini ölçən mexanizm onsuz da var. Eyni situasiya informatika üçün də keçərlidir: məktəblərdə illik 136 min KSQ/BSQ nəticəsi toplanır və bu nəticələr real monitorinq imkanı yaradır. Bu qədər qiymətləndirmə mexanizmi ola-ola yenidən imtahan əlavə etmək yalnız yükün artmasına səbəb olur, öyrənmənin dərinliyini isə artırmır.

Dünya təcrübəsi də sübut edir ki, ən effektiv sistemlər sadələşdirilmiş imtahan modelinə malik ölkələrdir. Finlandiyada məktəbi bitirən şagird yalnız bir neçə əsas fənn üzrə yekun imtahan verir, Estoniyada rəqəmsal savadlılıq qiymətləndirilir, lakin fənlərin sayı artırılmır. Sinqapurda yüksək nəticə verən model də məhz yüklənmənin azaldılmasına və bacarıq yönümlü imtahanlara əsaslanır. Bu ölkələrin uğuru fənlərin sayının çoxluğu ilə deyil, fənlərin məktəbdə yüksək keyfiyyətlə tədrisi ilə ölçülür. Azərbaycan üzrə son 10 ilin məlumatları göstərir ki, imtahan fənlərinin sayı artdıqca repetitor bazarı 2.7 dəfə böyüyüb. Buraxılış imtahanlarında fənn çoxaldıqca, valideynlərin övladlarını repetitorluğa yönəltmə ehtimalı artır, bu isə təhsilin bərabərliyini pozur".

Ekspert hesab edir ki, tarix fənninin texniki ixtisaslara gedən şagird üçün buraxılış imtahanı olması isə funksional baxımdan uyğun deyil:

"Şagird 6 il tarix oxuyur, KSQ və BSQ-lərlə ən azı 20 dəfə qiymətləndirilmədən keçir, son olaraq yenidən imtahan verməsi real kompetensiyaya deyil, əzbərçiliyə gətirir. Eyni arqument humanitar istiqamətə gedən şagird üçün informatikaya tətbiq olunur. Bu, OECD-nin 2022 hesabatında “misalignment between curriculum and assessment priorities” kimi qeyd edilən problemin tipik nümunəsidir.

İnkişaf etmiş təhsil sistemlərinin təhlili göstərir ki, nə dəyişməli olduğu çox aydındır: fənlərin imtahan sayının artırılması yox, məktəbdə tədrisin keyfiyyətinin yüksəldilməsi. Elm və Təhsil Nazirliyinin son illərdə müəllim hazırlığı, sertifikasiya, infrastruktur və resurs təminatı istiqamətində apardığı işlər müsbət dinamikanı göstərir. Sertifikasiya nəticəsində 2022–2024-cü illər arasında 90 min müəllimin bilik və bacarıqları ölçülüb, bu da fənlərin tədris keyfiyyətinə təsir edən həlledici faktordur. Keyfiyyət yüksəldikcə fənn imtahanına ehtiyac azalır, çünki məktəb funksiyasını yerinə yetirmiş olur".

Müsahibimizin fikrincə, imtahanların sadələşdirilməsi və yükün azaldılması daha doğru yanaşmadır:

"Daha az fənn üzrə, daha çox bacarıq yönümlü, stresi azaldan model həm məktəbdə tədrisin keyfiyyətini artırar, həm də repetitorluq probleminin miqyasını kiçildər. Təhlil göstərir ki, əsas hədəf imtahanların genişlənməsi yox, məktəblərin güclənməsidir. Tarix və informatikanın imtahana əlavə olunması ideya olaraq müzakirə predmeti ola bilər, amma tətbiq baxımından fənn sayını artırmaq doğru deyil. Şagirdlərin yükü, sosial bərabərlik, tədrisin keyfiyyəti və beynəlxalq müqayisələr bunu təsdiqləyir".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Dekabr 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see722

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see412

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see280

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see279

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see263

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see261

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see258

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see246

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see240

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see227

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see222

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see221

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see219

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see219

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see218

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see214

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see205

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see197

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri