Icma.az
close
up
RU
Növbədənkənar seçki mesajı Ərdoğan üçüncü dəfə namizəd olacaq?

Növbədənkənar seçki mesajı Ərdoğan üçüncü dəfə namizəd olacaq?

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğan üçüncü dəfə dövlət başçısı postuna namizədliyi son günlərdə əsas gündəm mövzusuna çevrilib.

Modern.az xəbər verir ki, Ankarada uzun müddətdir qeyri-rəsmi müzakirə olunan növbədənkənar seçki ssenarisi artıq hakim Ədalət və İnkişaf Partiyası (AK Partiya) tərəfindən açıq şəkildə təsdiqlənib.

Bir neçə gün əvvəl AK Partiya sədrinin müavini Mustafa Elitaş növbədənkənar seçkilərin 2027-ci ilin noyabr ayında keçiriləcəyini açıqlayıb (Qeyd edək ki, seçkilər 2028-ci ilin may ayına planlaşdırılır) və bununla da söhbət rəsmi siyasət müstəvisinə keçib. "Haqqin.az" saytın isə bildirib ki, AK Partiya sədrinin təşkilati işlər üzrə müavini Əhməd Böyükgümüş 22 fevralda verdiyi müsahibədə məqsədin Ərdoğana yenidən namizədliyini irəli sürmək və qalib gəlmək imkanı vermək olduğunu təsdiqləyib.

Beləliklə, partiya rəhbərliyi seçkilərin 2028-ci ilin mayı əvəzinə 2027-ci ilin noyabrında keçirilməsini təklif etməyə hazırlaşır. Bu addım Ərdoğanın yenidən namizədliyini hüquqi baxımdan mümkün edə bilər.

Türkiyə Konstitusiyasına əsasən, hazırkı prezident yalnız parlament 360 səslə növbədənkənar seçki qərarı qəbul edərsə üçüncü dəfə namizəd ola bilər. Hazırda AK Partiyanın parlamentdə 275, müttəfiqi Milliyyətçi Hərəkat Partiyasının (MHP) isə 47 mandatı var. Ümumilikdə 322 səs edən iqtidar blokuna əlavə dəstək olmadan tələb olunan 360 səs mümkün görünmür. Bu səbəbdən son həftələr həm iqtidar, həm də müxalif düşərgədə deputat keçidləri diqqət çəkir.

Siyasi müşahidəçilər hesab edir ki, AK Partiya keçmişdə partiyadan ayrılaraq “Gələcək” və DEVA kimi siyasi qurumlar yaradan deputatları geri qaytarmağa çalışır. Son aylarda bir neçə deputatın yenidən AK Partiyaya qoşulması bu strategiyanın tərkib hissəsi kimi qiymətləndirilir. Ankarada bu proses şərti olaraq “evə dönüş” əməliyyatı kimi xarakterizə olunur.

Digər mümkün ssenari isə DEM Partiyası ilə anlaşmadır. DEM parlamentdə 56 mandatla təmsil olunur və son iki ildə hökumətin başladığı “terror­suz Türkiyə” prosesində mühüm iştirakçılardan biri sayılır. Ekspertlər istisna etmirlər ki, tərəflər Konstitusiyanın ilk dörd maddəsinə toxunmadan müəyyən dəyişikliklər üzərində razılaşa bilərlər. Bu halda DEM-in siyasi çəkisi xeyli artmış olacaq.

Müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) də növbədənkənar seçkilər məsələsində tamamilə qapalı mövqe sərgiləmir. Partiya rəhbərliyi daha əvvəl erkən seçkilərin keçirilməsi ideyasını səsləndirmiş və müəyyən şərtlərlə Ərdoğanın iştirakına etiraz etməyəcəyini bildirmişdi. Bu isə Ankara kulislərində iqtidar və müxalifət arasında mümkün taktiki razılaşma ehtimalını gündəmə gətirir.

Hakim düşərgə hesab edir ki, 2023-cü il zəlzələsinin nəticələrinin böyük hissəsi aradan qaldırılıb və 2026–2027-ci illərdə iqtisadi göstəricilərdə sabitləşmə əldə oluna bilər. AK Partiya daxilində belə qənaət var ki, məhz həmin dövr seçki üçün daha əlverişli olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Fevral 2026 21:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see254

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see246

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see224

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see222

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see219

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see218

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see213

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see213

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see212

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see208

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see200

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see185

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see182

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see177

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see174

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see169

Bakı Tbilisi qatarlarında yenilik 1 noyabrdan

02 Oktyabr 2026 16:12see167

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see159

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see158

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri