Icma.az
close
up
RU
Növbədənkənar seçki, yoxsa? Paşinyana vaxt lazımdır

Növbədənkənar seçki, yoxsa? Paşinyana vaxt lazımdır

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Ermənistanda növbədənkənar seçki keçirilə bilər. 

Bu barədə “Hraparak” qəzeti yazıb.“Xüsusilə, “Vətəndaş sazişi”nin seçki qərargahına kimin rəhbərlik edəcəyi və seçki kampaniyası menecerlərinin müavinləri vəzifələrini icra edəcəyi artıq müəyyənləşib. 

Bunlar Ermənistan Baş nazirinin aparat rəhbəri Arayik Harutyunyan və Vaaqn Aleksanyandır. Hakim partiya daxilində Paşinyanın növbədənkənar seçkilərə qatılacağına dair şübhə var və seçkilərdən səkkiz ay əvvəl bu “təyinatların” səbəbi də məhz budur”,-deyə qəzet yazıb. 

Məlumatda bildirilir ki 2021-ci ildə Suren Papikyan “Vətəndaş sazişi”nin aparat rəhbəri vəzifəsində çalışıb. “Arayik Harutyunyanın indi niyə qərargahın rəhbəri olmasına gəlincə, bizə deyildi ki, Paşinyana it kimi sadiq olanlar azdır, ona görə də sonuncunun təşkilatçılıq qabiliyyətinin olmaması belə təyinata mane olmayıb. 

Sadiqlər arasında Vaaqn Aleksanyan, Gevork Papoyan və indi vəzifəsindən azad edilmiş Stepan Asatryan da var”, - deyə nəşr qeyd edir. Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkilərinin 2026-cı ilin iyun ayının 7-də keçiriləcəyi gözlənilir. Bu baxımdan, seçkilərə çox az müddət qalıb. Məhz bu səbəbdən Paşinyanın növbədənkənar seçkilərə getməsinə inananlar azdır. 

Lakin hazırda onun müxalifətə və kilsəyə yönəlik bütün təzyiqləri, ölkədə aparılan həbslər Paşinyanın seçkilər öncəsi əlini gücləndirməyə hesablanıb. Ermənistan Konstitusiyasının 92-ci maddəsinə görə, növbədənkənar seçkilər parlamentin buraxılmasından 30 gündən tez və 45 gündən gec olmayaraq keçirilməlidir. Növbədənkənar seçkilərin tarixini də buna uyğun müəyyən edib nəticələri proqnozlaşdırmaq olar. 

Lakin “Hraparak” qəzeti konkret vaxt göstərməyib. Paşinyan hökuməti isə hazırda daha çox siyasi rəqiblərini neytrallaşdırmağa üstünlük verir. Erməni Apostol Kilsəsi hələ güclüdür və xüsusilə də katalikos II Qaregini neytrallaşdırmaq üçün Paşinyana ən azı ilin sonuna qədər vaxt lazımdır. Ona görə də Paşinyanın bu il növbədənkənar seçkilərə gedəcəyi inadırıcı görünmür. Qarşıda isə cəmi 6 aydan da az vaxt qalır ki, buna görə seçkilərə getmək vacib hesab olunmur. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

 

Açar sözlər: seçki Paşinyan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Oktyabr 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1035

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see434

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see341

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see338

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see240

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see233

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see232

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see224

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see221

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see216

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see209

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see208

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see201

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see196

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see187

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see180

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see178

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see177

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri