Növbəti depozit hərracları keçirilib
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 11 iyul, AZƏRTAC
İyulun 11-də Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracları təşkil edilib.
Nazirlikdən AZƏRTAC-a bildiriliv ki, hərracların nəticələrinə əsasən ümumilikdə 850 milyon manat məbləğində xəzinə vəsaitinin banklarda yerləşdirilməsi təmin edilib. Belə ki, kapitallaşma və aktivlərinin həcminə görə ölkənin ən iri beş bankından təklif təqdim edən iki bankda 28 gün müddətinə, 7,25 faiz orta çəkili faiz dərəcəsi ilə 350 milyon manat məbləğində vəsait depozitə yerləşdirilib.
Digər hərrac üzrə təklif təqdim edən dörd bankda isə 90 gün müddətinə, eyni – 7,25 faiz orta çəkili faiz dərəcəsi ilə 500 milyon manat məbləğində xəzinə vəsaiti depozitə yerləşdirilib.
Baxış sayı:104
Bu xəbər 11 İyul 2025 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















