Icma.az
close
up
RU
Növbəti PLAN Qəzza ABŞ ın nəzarətinə verilə bilər

Növbəti PLAN Qəzza ABŞ ın nəzarətinə verilə bilər

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Plan baş tutacaq???

Qəzza zolağı ABŞ-ın nəzarətinə verilə bilər. Prezident Donald Tramp Qəzzada iki ilə yaxın davam edən müharibəni bitirmək istəyir, lakin bunun qarşılığında zolağı Vaşinqtonun nəzarətinə keçirmək niyyətindədir. Belə ki, “The Washington Post” qəzetinin məlumatına görə, Tramp administrasiyası Qəzza zolağının bərpasına dair planın tərtibatı üzərində işləyir - bu plana görə, Fələstin anklavı ilk növbədə 10 il müddətinə Amerikanın protektoratına verilməli, həmçinin bölgənin bütün sakinləri müvəqqəti olaraq başqa ərazilərə köçürülməlidir. Nəşr bildirib ki, Ağ Ev Qəzza zolağının yenidən qurulması, iqtisadi inkişafı və transformasiyası üçün “GREAT Trust” (“Gaza Reconstitution”, “Economic Acceleration and Transformation Trust”) adlı fondun yaradılması layihəsini hazırlayıb. Plana görə, Birləşmiş Ştatlar Qəzza zolağının bərpasına öz vəsaitlərini yatırmağı planlaşdırmır və azı 100 milyard dollar investisiya cəlb etməyi nəzərdə tutur ki, bu da, güman ki, investorlara dördqat mənfəət gətirməlidir. Qəzzadan müvəqqəti köçürülməsi nəzərdə tutulan 2 milyondan çox yerli əhalinin taleyinə gəlincə, planda qeyd olunur ki, əmlakını sonrakı bərpa üçün təhvil vermək istəyən torpaq mülkiyyətçilərinə anklavın ərazisində tikintisi planlaşdırılan “ağıllı şəhərlər”dən birində daşınmaz əmlak almaq və ya mənzillə dəyişdirmək üçün istifadə edə biləcəkləri “rəqəmsal aktivlər” təklif olunacaq. Bundan əlavə, planda 5 min dollar birdəfəlik ödəniş, həmçinin Qəzza zolağını tərk etmək məcburiyyətində qalacaq sakinlər üçün subsidiyalar nəzərdə tutulur.

Qəzzanın ABŞ-ın protektoratına çevrilməsi mümkündür?

Məsələ ilə bağlı politoloq Tural İsmayılov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, ABŞ-ın Qəzza ilə bağlı planı, xüsusilə də Tramp administrasiyasının gündəmə gətirdiyi ideya siyasi mesaj xarakteri daşıyır. Onun sözlərinə görə, Qəzza zolağının ABŞ protektoratına verilməsi hüquqi və siyasi baxımdan çox mürəkkəb məsələdir. “Birincisi, bu, Fələstin xalqının öz müqəddəratını təyin etmə hüququna ziddir. İkincisi, region dövlətlərinin, xüsusilə ərəb ölkələrinin buna razılaşacağı real görünmür. Müharibədən sonra Qəzzada təhlükəsizlik boşluğu yarana bilər. Buna görə də ABŞ bu boşluğu doldurmaq üçün “protektorat” ideyasını ortaya atır.  Amma bu, beynəlxalq hüquqa əsaslanmır və siyasi baxımdan çoxlu suallar doğurur. Ərəb ölkələri, xüsusilə Misir və İordaniya belə bir ssenarini öz milli təhlükəsizliklərinə təhdid kimi görəcəklər. Hətta Körfəz ölkələri belə, ABŞ-la yaxın tərəfdaşlıq etsələr də, Qəzzanın Amerikanın faktiki idarəsinə keçməsinə dəstək verməzlər. Çünki bu, onların ictimaiyyətində böyük narazılıq yaradacaq. Digər tərəfdən, Türkiyə və İran da bu plana qarşı sərt mövqedə olacaq. Bu iki gücün etirazı planın həyata keçməsini faktiki mümkünsüz edir,” - deyə T.İsmayılov bildirib ki, Trampın planı müəyyən mənada İsraili rahatlaşdırmaq və bölgədə yeni status-kvo yaratmaq məqsədi güdür: “Amma ABŞ özü belə, Qəzzada faktiki idarəçiliyi üzərinə götürmək istəməz. Çünki bu, həm hərbi xərclər, həm də siyasi məsuliyyət baxımından çox ağır yük olar. ABŞ üçün daha əlverişli variant Qəzzada beynəlxalq koalisiyanın formalaşdırılmasıdır”.

Bu plan kağız üzərində qalacaq

“Əgər protektorat məsələsi gündəmə gələrsə, bu yalnız kağız üzərində qalacaq. Çünki bölgə reallıqları belə bir layihəni qəbul etmir. Müharibə bitdikdən sonra daha çox BMT-nin, yaxud ərəb ölkələrinin iştirakı ilə sülhməramlı missiya ehtimalı daha real görünür. Bu plan nə hüquqi, nə siyasi, nə də regional dəstək baxımından dayanıqlı deyil. ABŞ-ın bölgədəki strateji maraqları bu qədər birbaşa risk götürməyə imkan vermir. Beləliklə, Qəzza zolağının Amerikanın protektoratına çevrilməsi inandırıcı ssenari deyil və ərəb ölkələrinin dəstəyi olmadan heç vaxt gerçəkləşə bilməz,” - deyə T.İsmayılov vurğulayıb

Körfəz ölkələri də “GREAT Trust” fonduna qoşula bilər

Ekspert hesab edir ki “GREAT Trust” fonduna təkcə ABŞ şirkətləri deyil, Körfəz ölkələrinin şirkətləri də vəsait yatıra bilər. “Əgər bərpa prosesi gerçəkləşərsə, burada ABŞ şirkətlərinin aparıcı rol oynayacağı, demək olar ki, şübhəsizdir. Çünki fondun strukturunda qərarverici mexanizmlər ABŞ-ın nəzarətində olacaq. Lakin Körfəz ölkələrinin şirkətlərinin də prosesə qoşulması mümkündür. Xüsusilə, BƏƏ və Səudiyyə Ərəbistanı birgə layihələrdə həm siyasi, həm də maliyyə dividendlər qazanmaq üçün iştirak edə bilərlər. Ərəb ölkələrinin bərpa prosesinə qatılması həm də ictimai legitimlik baxımından vacibdir. Əks halda Qəzza cəmiyyətində “Amerikanın diktəsi” narazılıq doğurar. Ona görə də ABŞ körfəz kapitalını işin içində göstərməklə bu planı daha qəbulolunan formatda təqdim etməyə çalışacaq”.

Köçürülmə humanitar fəlakətə yol aça bilər

Ekspertin fikrincə, Qəzzadakı yerli əhalinin müvəqqəti olaraq başqa ölkəyə köçürülməsi o qədər də asan deyil. “2 milyondan çox insanın hərəkəti region üçün humanitar fəlakətə çevrilə bilər. Misirin Sinay bölgəsi bu müzakirələrdə tez-tez gündəmə gəlir. Amma Qahirə bu məsuliyyəti üzərinə götürmək istəmir, çünki daxildə təhlükəsizlik risklərini artırar. İordaniya da artıq fələstinli qaçqınların yükünü daşıdığı üçün əlavə axını qəbul etməkdə maraqlı deyil. Körfəz ölkələri isə maliyyə yardımına hazır ola bilərlər, amma milyonlarla insanı qəbul etməyə siyasi iradə göstərməyəcəklər. Bu səbəbdən, qəzzalıların müvəqqəti yerləşdirilməsi planı reallıqda böyük problemlərlə üzləşəcək,” - deyə T.İsmayılov qeyd edib ki, BMT-nin humanitar çərçivəsi daxilində məhdud sayda qaçqının üçüncü ölkələrə yönləndirilməsi daha real görünür. Lakin 2 milyonluq kütlənin bütövlükdə başqa dövlətlərə köçürülməsi faktiki mümkün deyil.

Yunis ABDULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 Sentyabr 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri