Icma.az
close
up
RU
Növbəti populizm, və ya İSTERİKA RAUNDU TƏHLİL

Növbəti populizm, və ya İSTERİKA RAUNDU TƏHLİL

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son zamanlar erməni cəmiyyətində müşahidə olunan fikir ayrılıqları və ortada olan “rezonans” diqqəti cəlb etməyə bilməz. Xüsusən də bu təzahürlərin nəyə görə yarandığı da maraq doğurur. Son zamanlar hayların bəzilərinin Azərbaycanda olan nümayəndələrinin özlərini belə qınamağa başlamaları, onların ölkəmizə gəlişinə tamamilə başqa rakursda, tamamilə başqa prizmada, başqa kontekstdə baxmaları, hansısa don geyindirməyə çalışmaları, bunun ardınca da həmin ölkə mətbuatında onların çıxışlarına sərt reaksiyaları, Ermənistanın KTMT sammitində iştirakdan imtina etməsinə münasibətləri ənənəvi erməni populizminin növbəti təzahürü, və ya növbəti isterika raundudur...

Sirr deyil ki, erməni baş nazir Nikol Paşinyanın rəqiblərinin aydın siyasi və sosial-iqtisadi gündəliyi olmayııb və heç hələ də, indi də yoxdur. Onlar ancaq bolluca populizmə sahibdirlər. Məsələ burasındadır ki, rəqabət üçün də, doğru istiqamət üçün də, ölkənin və xalqın mənafeyi üçün də təkcə populizm kifayət deyil. Vətəndaşları daha çox sosial vəziyyətləri, ölkənin durumu, stabillik, sabitlik maraqlandırır. Xüsusən də bütövlükdə erməni xalqı, haylar siyasi çəkişmələrdən artıq çoxdan yorulub. Bundan əvvəl ölkəni talan edənləri haylar yaxşı tanıyırlar və populizmin nə demək olduğunu da başa düşməkdədirlər. Heç şübhəsiz ki, ermənilər artıq daşnakları, robikləri, serjikləri hakimiyyətdə görmək istəmirlər. Düşünürlər ki, onların axmaq siyasi baxışlarına görə kifayət qədər əziyyət çəkiblər. Ona görə də indi hansısa populizmin ayaq tutub yerinəsi heç də inandırıcı deyil. Halbuki, populistlər də öz populizmlərindən əl çəkənə oxşamırlar. Məhz elə buna görə də hayların yaşadıqları ölkədə bir növ yenə də isterika müşahidə olunur.Haylar gec də olsa, başa düşməli və etiraf etməlidirlər ki, Azərbaycanla barışıq kursu onların özlərinə daha çox lazımdır. Özü də hava, su kimi lazımdır və bu gün bu kursu davam etdirmək üçün hər bir erməni can atmalı, maraqlı olmalıdır. Haylar başa düşməlidirlər ki, bəli, Azərbaycanla barışıq kursu xüsusən də oğulları hərbi xidmətə hazırlaşan və ya artıq xidmət edən ermənilər üçün daha çox vacibdir. Başa düşməlidirlər ki, Ermənistanın qonşu dövlətlərlə sərhədinin açılması, normal qonşuluq müsaibətlərinin qurulması təkcə sərhədyanı rayonların deyil, bütövlükdə Ermənistan iqtisadiyyatının canlanması üçün olduqca əhəmiyyətlidir və qaçılmazdı. Dərk etməlidirlər ki, qonşu ölkələrlə, xüsusən də Azərbaycanla barışıq kursu onlar üçün Qərblə yaxınlaşma deməkdir. Çoxdandır ki, Qərbə meyilli olan haylar indi məhz ölkəmizlə barışıq kursuna ağız büzənlərə sual etməlidirlər ki, niyə mane olmağa çalışırlar?...Qonşu ölkədə, Ermənistanda son seçkilər belə təsdiq etdi və həmçinin nümayiş etdirdi ki, erməni cəmiyyətində olan yüksək siyasi təlatümlərə baxmayaraq, heç də Paşinyanın rəqiblərinə meyl edən yoxdur. Yaxud da meyl edənlər sadəcə, yox dərəcəsindədirlər. Biz erməni baş nazir Nikol Paşinyanın hansısa yüksək reytinqə sahib olduğu qənaətində də deyilik və demək istədiyimiz də bu deyil. Demək istədiyimiz odur ki, erməni baş nazirin aşağı olan reytinqindən də məhz Köçəryanın, Sarkisyanın və II Qareginin birgə reytinqi çox-çox aşağıdır. Hətta, onu da diqqətə çatdıraq ki, Nikol Paşinyan özü də gələn ilki seçkilərdəki qələbəsini inamla elə indidən qeyd edə və 2026-cı il seçkilərini, həmin seçkilərdəki qələbəsini də indidən səbirsizliklə gözləyə bilər. Çünki Ermənistandakı son seçkilər bir növ, güc sınağı rolunu oynadı və Paşinyan qalib gəldiyinə də, gələn ilki seçkilərdə qalib gələcəyinə də tamamilə əmin oldu. Hətta o, hardasa, siyasi üstünlüklərini də açıq şəkildə nümayiş etdirməyə imkan tapdı. Bax elə rəqinlərini də ən çox qıcıqlandıran bu oldu. Elə bu qıcıq səbəbindən də onun rəqibləri siyasi qarşıdurma fonunda növbəti populizm, və ya isterika raunduna start veriblər...Ermənistana məxsus mətbuat səhifələrinin yayımlananlardan bəlli olur ki, Milli Assambleyanın spikeri Alen Simonyanın Ermənistanın faktiki olaraq KTMT-dən çıxması ilə bağlı bəyanatı bir növ yanğının üzərinə yağ tökməyə bənzəyib. Xatırladaq ki, hələ 2016-cı ilin aprelində, yəni, Serj Sarkisyanın dövründə İrəvan KTMT ilə əməkdaşlıq məsələsini qaldırmışdı. O zaman təbii ki, Ermənistana rədd cavabı verildi. İndi haylar hesab edilər ki, Paşinyanın dövründə, yəni, 2020, 2021, 2022, 2023-cü illərdə KTMT sadəcə olaraq, onları ələ salıb. “Axı heç kim Ermənistana hücum etməyib” ifadəsi bir çoxlarını həqiqətən də ciddi şəkildə qıcıqlandırıb. Soruşmaq ayıb olmasın, niyə qıcıqlandırmalı idi? Maraqlıdır, bəlkə həqiqətən də kimsə Ermənistana hücum edib? Bəlkə Ermənistan ərazisində hansısa döyüşlər gedib? Axı bütün bunlar olmayıb və KTMT həmin ifadədə tamamilə haqlıdır. Elə buna görə də onun məhz 44 günlük müharibə zamanı da, 23 saatlıq antiterror əməliyyatında da qarışmaması, hətta maraqlanmaması belə tamamilə məntiqidir. Məsələ burasındadır ki, nə qədər məntiqi olsa belə, yenə də qıcıq doğurub. Çünki populistlər üçün məntiqin, reallığın heç zaman heç bir əhəmiyyəti olmayıb. Yaxud da, Paşinyanla siyasi səhnədə qarşıdurmaya qalxmaq niyyətində olanlar üçün maraqlı olanlar heç bir reallığı görmək istəməyiblər və görünən odur ki, heç indi də görmək istəmirlər. Elə məhz buna görə də növbəti populizm və yenidən başlayan isterika raundu tamamilə anlaşılandır...Populistlər yenə də öz dediklərini təkrar etməkdədirlər və Ermənistanın Azərbaycanla barışıq kursuna qarşı çıxış etmələri müşahidə edilməkdədir. Müharibədən yenicə çıxmış, özü də uduzaraq, böyük itgilərlə çıxmış, tamamilə müflis və rəzil duruma düşmüş bir ölkənin, yəni Ermənistanın heç bir barışıq kursu olmadan, heç bir qonşu ölkə ilə münasibətlərini normallaşdırmadan, siyasi, sosial-iqtisadi baxımdan öz gücünə güvənməsi təklifi ilə çıxış edənlərin populizmi olduqca gülünc səslənir. Maraqlıdır, görəsən hansı resurslarla bu qənaətdədirlər? Nəyə arxalanırlar? Axı istənilən istiqamətdə Ermənistanın özünün böyük ehtiyacları var və qeyd olunan həmin o barışıq kursu haylara, məhz onların ölkələrinə daha çox lazımdır. Öncə də qeyd etdiyimiz kimi, özü də hava və su kimi lazımdır. Belə olan halda onların dediklərinə, çıxışlarına populizmdən başqa nə ad vermək olar? Yaxud, bu son davranışlarını, açıq şəkildə təzahür edən qıcıqlanmalarını isterika raundu adlandırmaq məgər yanlışlıq sayıla bilərmi? Qətiyyən. Çünki, populistlər üçün öz rəqibləri hesab etdikləri Ermənistan hakimiyyəti ilə bu raundu başlamaq həmişə “maraqlı” olub və indi bir növ əllərinə bəhanə keçdiyinə əmindirlər. İstənilən halda, bütün bunlar heç nəyə yaramayan, heç bir nəticə vəd etməyən növbəti populizm və isterikadır.

Müəllif: İnam Hacıyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Noyabr 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri