Icma.az
close
up
RU
Növbəti rəqəmsal SAT imtahanı keçiriləcək

Növbəti rəqəmsal SAT imtahanı keçiriləcək

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dekabrın 6-da rəqəmsal SAT imtahanı təşkil ediləcək. DİM-dən SİA-ya bildirilib ki, imtahanlar Bakı şəhəri, akademik Həsən Əliyev küçəsi, 299 (TC60129) və Süleyman Sani Axundov küçəsi, 50 (TC56582) ünvanlarında eyni vaxtda keçiriləcək. İmtahan verəcək namizədlərdən xahiş olunur ki, qeydiyyatdan keçdikləri test mərkəzinə xüsusi diqqət yetirsinlər və yalnız buraxılış vərəqəsində (“Admission Ticket”) göstərilən müvafiq ünvana yaxınlaşsınlar.

İmtahanda iştirak edəcək şəxslər saat 07:15-dən gec olmayaraq qeydiyyatdan keçdikləri imtahan binasında aşağıda qeyd edilən sənəd və vasitələrlə birlikdə olmalıdırlar:

-Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;

-Buraxılış vərəqəsi – Admission Ticket;

-“College Board”un tələblərinə cavab verən notbuk və ya planşet (adapter ilə birlikdə).

Qeyd olunan sənədlərdən hər hansı biri təqdim edilmədikdə və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı imtahana buraxılmayacaq.

İştirakçılara imtahana əlavə olaraq kalkulyator, qələm və ya karandaş gətirməyə icazə verilir. Qaralama üçün vərəqlər imtahan mərkəzi tərəfindən təqdim olunacaq.

İmtahan iştirakçısı notbuk və ya planşetini imtahan mərkəzinə gətirmədikdə və “College Board” vasitəsilə müvafiq cihazın sorğulanması prosesindən keçmədikdə, belə şəxslərin imtahana buraxılması mümkün olmayacaq.

Dekabrın 6-da SAT imtahanı verəcək şəxslər imtahan tarixindən ən geci beş gün əvvəl “Bluebook” tətbiqində şəxsi hesablarına daxil olaraq imtahanın qurulması (test set-up) prosesini başa çatdırmalıdırlar. Bu mərhələ tamamlandıqdan sonra iştirakçılara buraxılış vərəqəsi onlayn qaydada təqdim ediləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 Dekabr 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see378

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see370

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see361

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see358

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see349

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see308

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see278

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see274

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see265

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see260

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see247

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see242

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see239

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see236

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see236

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see222

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see222

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see208

Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin!

13 Sentyabr 2026 02:01see206

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri