Növbəti üçtərəfli görüş harada keçirilə bilər? Zelenski açıqladı
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna, Rusiya və ABŞ nümayəndələri arasında növbəti üçtərəfli görüş BƏƏ, İsveçrədə və ya Türkiyədə keçirilə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərin növbəti üçtərəfli görüşün harada keçirilə biləcəyi ilə bağlı suallarını cavablandırarkən bildirib.
“Görüş Birləşmiş Ərəb Əmirliklərində, İsveçrədə, Türkiyədə və ya digər ölkələrdə keçirilə bilər. Biz kifayət qədər təcrübəyə malikik və müxtəlif ölkələrdən dəvətnamələrimiz var”, - Zelenski qeyd edib.
O, əlavə edib ki, belə bir görüşün payızda keçirilməsini istəyir.
Zelenskinin sözlərinə görə, görüşdə enerji, taxıl ixracı və humanitar məsələlər müzakirə oluna bilər.
Həmçinin, tərəflər arasında enerji obyektlərinə və ixrac infrastrukturuna hücumların dayandırılmasının müzakirəsi də istisna deyil.
Bundan əlavə, Zelenski bildirib ki, Ukrayna məhbus mübadiləsini də sürətləndirmək istəyir.
Qeyd edək ki, Ukrayna-Rusiya-ABŞ məsləhətləşmələrinin əvvəlki raundu 17-18 fevral tarixlərində Cenevrədə keçirilib.
Bu mövzuda digər xəbərlər:Zelenski: Üçtərəfli görüş Türkiyədə keçirilə bilər
10 Mart 2026 21:29
Zelenski: Növbəti üçtərəfli görüş BƏƏ, İsveçrə və ya Türkiyədə keçirilə bilər
08 Sentyabr 2026 13:33
Növbəti üçtərəfli görüşlər olacaq Zelenski açıqladı
09 Aprel 2026 20:16
Üçtərəfli danışıqların növbəti raundu olacaqmı? Zelenski
24 Yanvar 2026 20:06
Zelenski: Növbəti üçtərəfli danışıqlar martın əvvəlində keçiriləcək
25 Fevral 2026 14:37
Baxış sayı:162
Bu xəbər 09 Sentyabr 2026 00:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















