Novruz bayramında lüks səfər etdi Pezeşkian işdən çıxardı
Icma.az, Sitat.info saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İran Prezidenti Məsud Pezeşkian lüks səyahətə getdiyi üçün köməkçisi Şəhram Dəbirinin vəzifəsinə xitam verib.
Sitat.info xəbər verir ki, bu haqda “Mehr” agentliyi məlumat yayıb.
Pezeşkian vurğulayıb ki, köməkçisi Novruz bayramında Cənub Qütbünə (Antarktidaya) lüks səfər edib. İran Prezidenti izah edib ki, Dəbirinin səfəri ilə bağlı hesabatı nəzərdən keçirdikdən sonra onun vəzifəsini dayandırmaq qərarına gəlib.
O, həmçinin bildirib ki, insanların iqtisadi mübarizəsini nəzərə alaraq, ölkə rəsmilərinin şəxsi səyahətləri üçün belə məsrəflər əsaslandırıla bilməz.:
“Xalqın böyük qisminin kasıblar olduğu bir ölkədə rəsmi şəxslərin öz vəsaitləri hesabına olsa belə, lüks səyahətlərə getməsi ədalətli sayıla bilməz. Bu, rəsmilərin minimalist həyat tərzi ilə uyğunlaşmır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 05 Aprel 2025 15:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















