Icma.az
close
up
RU
Novruz Əzimovun adı protokoldadı, amma stadionda olmayıb

Novruz Əzimovun adı protokoldadı, amma stadionda olmayıb

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

"Difai" futbol üzrə ölkə çempionatının 19-cu tur matçında MOİK-in meydanından qalib ayrıldı - 3:1.

Maraqlıdı ki, bu oyunun PFL-in saytında yerləşdirilən protokolunda qonaqların baş məşqçisi kimi ilk dəfə Novruz Əzimovun adı göstərildi. Belədə mütəxəssislə əlaqə saxlayıb komandanı meydana çıxardığı birinci matçda qələbə qazanması ilə bağlı təəssüratını öyrənmək istədik. Lakin ondan qəribə cavab eşitdik:

"Kim deyir ki, komandanı mən meydana çıxarmışam? Məni stadionda kim görüb? Bəli, yaxın dostumun xahişiylə adımın komandanın baş məşqçisi kimi qeyd edilməsinə razı olmuşam. "Difai" qələbə qazanıbsa, bu, prezident Asəf Məlikovun, məşqçilər korpusunun və futbolçuların uğurudu. Sadəcə, "Difai" adının mənşəyini, tariximizdə tutduğu yerin nə qədər vacib olduğunu bildiyim üçün bu təklifi qəbul etdim".


Bəs komandanı meydana çıxarmayan şəxsin adının protokolda baş məşqçi kimi qeyd edilməsi nə dərəcədə düzgündü? Ümumiyyətlə, bu, hüquqi cəhətdən doğrudumu? PFL-in Media və marketinq direktoru Sənan Abdullayevin qəzetimizə verdiyi məlumata görə, burda hansısa qayda pozuntusu yoxdu. Qalan məsələlər isə klubla həmin şəxs arasında həll olunmalıdı.
KƏNAN BAHADIR
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 Aprel 2025 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri