Icma.az
close
up
RU
Novruz ovqatlı, şən idman oyunçularımız

Novruz ovqatlı, şən idman oyunçularımız

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda ta qədimdən geniş miqyasda qeyd olunan ovruz bayramı mərasimlərinə milli idman oyunları xüsusi rəng qatıb. Təqdirəlayiq haldır ki, mədəni irsimizdə əhəmiyyətli yer tutan milli oyunların müasir dövrdə dirçəldilməsi, təbliği üçün görülən işlər öz bəhrəsini verir. 

Milli idman növləri üzrə adlı-sanlı idmançıları mızın nümunəvi çıxışları Novruz şənliklərini daha da baxımlı və möhtəşəm edir. Bayram ərəfəsində id mançılarımızın bir neçəsi ilə görüşüb “Xalq qəzeti” üçün açıqlama aldıq.

Azərbaycanlı pəhləvan, dünya şöhrətli zorxana ustası Xəyyam Orucovun nailiyyətlərini sadalamaqla bitməz. orxananın “Mil səngin”, “Mil bazi” növlərində onqat Avropa çempionu, dünya çempionatının   6 qat mükafatçısı,  3 qat Dünya kubokunun sahibi, 2017-ci il  İslam Həmrəyliyi Oyunlarının 2 gümüş, 1 bürünc mükafatçısıdır. Milli İdman Növləri Assosiasiyasının zorxana və pəhləvan güləşi üzrə böyük məşqçisidir. Tələbələrinə milli idman növlərimizin sirlərini sevə-sevə öyrədir. X.Orucov qəzetimizə açıqlamasında müasir dövrdə gənclərimizin milli idman oyunlarına böyük maraq göstərdiyini bildirdi:

–Təqdirəlayiq haldır ki, min illər boyu tarixin yaddaşından süzülüb gələn qədim idman növlərinin inkişafı da ölkəmizdə diqqət mərkəzindədir. Əlamətdar günlərdə, el şənliklərində, o cümlədən Novruz mərasimlərində idmançılarımızın nümunəvi çıxışları, yarışlar bu idman növlərinin yayılmasına, kütləviliyinə xidmət edir. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə metronun “Gənclik” stansiyası yaxınlığında salınmış yeni parkda keçirilən Novruz şənliyində idmançılarımızın milli, pəhləvan və kəmər güləşi, eləcə də, zorxana, nərd, mas-reslinq və digər idman növləri üzrə nümunəvi çıxışları şəhəri mizin sakinləri, həmçinin qonaqlar tərəfindən böyük maraqla qarşılandı. 

X.Orucov regionlarda da milli idman növlərimizin inkişafı istiqamətində bir sıra işlərin görüldüyünü bildirdi:

Müxtəlif idman növləri üzrə Azərbaycan çem pionatları bəzən regionlarda keçirilir. Eyni zamanda, idman klublarında, Olimpiya komplekslərində semi narlar təşkil edilir ki, burada da məşqçi və idmançı lar bilik və bacarıqlarını artırırlar.

Güləş, cüdo, MMA idman növlərində böyük uğurları olan Gözəl Zutova milli güləşdə də ad-san qoyub. Dünya Köçəri Oyunlarının kəmər güləşi üzrə ikiqat qızıl medalçısı, mas-reslinq üzrə dünya çempionudur. Milli İdman övləri Assosiasiyasında milli güləş üzrə baş məşqçi vəzifəsində çalışır.  7 fərqli idman növündə xeyli nailiyyətlər qazanan G. Zutova hazırda tələbələri arasında qızların da çox olduğunu bildirdi:

–Rəhbərliyim altında 12 yaşdan 18 yaşadək 14 qız milli güləşin sirlərinə yiyələnir. Mən həm də sərbəst güləş üzrə məşqçi kimi uşaqlara bu idman nö vünü də öyrədirəm. Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Bahar sədası” adlı Novruz şənliyində idmançılarımızın nümunəvi çıxışları möhtəşəm idi. Müasir dövrdə də milli oyunlarımıza marağın böyük olması ənənələrimizə, tariximizə nə qədər bağlı olduğumuzu göstərir. 

Kəmər güləşçisi Cəsur Mehdiyevin 23 yaşı var. Beyləqandandır. Yunan-Roma güləşi ilə 7-8 yaşdan məşğul olmağa başlayıb. Əsas nailiyyətlərini isə kəmər güləşi üzrə qazanıb. Bu idman növünün sirlərini ona Şahin Bəşirov öyrədib. İlk uğurunu 2023-cü ildə Avropa çempionatında 3-cü yeri tutmaqla əldə edib. Ötən il Kazanda keçirilən Dünya çempionatının qalibi olub. 2024-cü ildə “BRİCS Sports Games Kazan 2024”-də Dünya Köçəri Oyunlarında 3-cü yeri tutub.

Cəsur qəzetimizə açıqlamasında qeyd etdi ki, Novruz şənliklərində Nərimanov rayonunda – metronun “Gənclik” stansiyasının yaxınlığında salınan yeni parkda kəmər güləşi üzrə nümunəvi çıxışlarda iştirak edib. İnsanların milli güləş növünə böyük maraq göstərməsini onda xoş təəssüratlar oyadıb. 

Ariz Hüseynov isə kəmər güləşi üzrə 2022-ci ildən məşğul olur. Əvvəlcə yunan-Roma güləşi ilə məşğul olan idmançıda bu idman növünə maraq Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alarkən yaranıb. Şahin Bəşirovun rəhbərliyi altında məşqlərə başlayan pəhləvan ilk böyük nailiyyətini 2022-ci ildə Özbəkistanda keçirilən Dünya çempionatında bürünc medal qazanmaqla əldə edib. 2023-də Dünya çempionatında gümüş, 2024-də gümüş və bürünc medallar qazanıb. Ariz yeni parkda keçirilən Novruz şənliyində nümunəvi çıxışlarının uşaqlar və gənclər tərəfindən də maraqla qarşılandığını dedi:

Tədbirdən sonra bizə yaxınlaşaraq məşqlərə qoşulmaq istədiklərini deyənlər də oldu. Belə tədbir lər milli oyunlarımızın təbliği baxımından əhəmiyyətli rol oynayır. 

Milli İdman övləri Assosiasiyasının baş katibi Seymur Qurbanov assosiasiyanın tərkibinə milli güləş, milli qurşaq güləşi, zorxana və pəhləvan güləşi, nərd, milli mütəhərrik oyunlar, atüstü milli oyunlar, kəndirlə mübarizə idman növü, dünya xalqlarının ənənəvi güləş, intellektual oyunları, oxatma növləri, Azərbaycanın, həmçinin digər xalqların ənənəvi pəhləvanlıq növləri, mas-reslinq, alpaqut, kabbadi, qalaqapı qo, eləcə də milli idman növləri üzrə yığma komandaların daxil olduğunu bildirdi:

– Assosiasiya respublikanın şəhər və rayonların da yeni bölmələrin yaranması və fəaliyyəti, bu idman növlərinin maddi-texniki bazasının möhkəmləndiril məsi və digər aktual məsələlərin həllində fəal iştirak edir. İdmançılarımız müxtəlif növlər üzrə dünya, Avropa birinciliklərində və çempionatlarında, dünya kuboklarında, İslam Həmrəyliyi oyunlarında, dünya köçəri oyunlarında uğurla çıxış edib, vətənə çoxlu sayda medallar və kuboklar gətiriblər.

...Milli adət-ənənələrin və dəyərlərimizin tərkib hissəsi olan, həmçinin yeniyetmə və gənclərin fizi ki və mənəvi inkişafında mühüm rol oynayan milli idman oyunlarının dirçəldilərək yaşaması tarixi köklərimizə necə bağlı xalq olduğumuzu bir daha sübut edir. Hər birimizin ümdə vəzifəsi tarixi yaddaşımızı əks etdirən milli oyunlarımızı yaşadaraq gələcək nəsillərə miras qoymaqdır. 

Leyla QURBANOVA

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:354
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Mart 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see286

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see273

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see270

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see267

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see264

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see264

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see244

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see241

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see239

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see236

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see233

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see231

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see224

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see222

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see219

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see213

Yağışlı hava bu təzyiq xəstələrinə pis təsir edir

11 Sentyabr 2026 18:26see210

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see196

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see185

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri