Icma.az
close
up
RU
NOVRUZ RİTUALLARINDAN ŞOU DÜZƏLDƏNLƏR Və yaxud uzun illərin ənənəsi niyə kimlərisə narahat edir?!

NOVRUZ RİTUALLARINDAN ŞOU DÜZƏLDƏNLƏR Və yaxud uzun illərin ənənəsi niyə kimlərisə narahat edir?!

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Novruz Mərkəzi Asiyadan Balkanlara qədər geniş bir çoğrafiyada yaşayan onlarla xalqın milli bayramı olsa da, bu bayramın dünyada tanınmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidməti var. Novruz bayramının YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınması məzh Mehriban xanım Əliyevanın təşəbbüsünün nəticəsidir. BMT Baş Assambleyasının 2010-cu ilin fevral ayında Beynəlxalq Novruz Günü barədə qətnamə qəbul etməsi də Azərbaycanın təşəbbüsünün nəticəsində gerçəkləşmişdir.

Azərbaycan xalqı Novruz bayramını baharın gəlişi, torpağın oyanışı olaraq qeyd edir. Eyni zamanda, bu bayram yeni bir başlanğıc günüdür.

Novruz bayramı bir çox xalqlar tərəfindən milli bayram olaraq qeyd olunsa da, hər bir toplumun öz bayram fəlsəfəsi və ritualları var.

Bu bayramın Azərbaycan xalqının mədəniyyətində və həyatında önəmini göstərən məqamlardan biri də bu gün küsülülərin barışmasını təşviq etməsidir. Azərbaycan xalqının Novruz düşüncəsinə görə bu bayramda küsülülər də barışmalı, incikliklərini unutmalıdırlar.

Novruz bayramı səməni yetişdirmək, qapı pusmaq (qulaq falı), üzük falına baxmaq, yumurta döyüşdürmək, papaq atmaq, tonqal üzərindən tullanmaq və s. kimi maraqlı rituallarla da zəngindir. Bundan əlavə, məzhəkəçilik və kəndirbazlıq da bir çox ölkələrdə tədricən unudulmuş olsa da, ölkəmizdə Novruzun maraqlı hadisələrindən biri olaraq qeyd olunmağa davam edir. Fərqli xalqların inanclarına görə burada kəndir üzərində yerimək, o dünyaya gedən “qıl körpüsünü” və “uçmağa” aparan yolu simvolizə edir.

Sözsüz ki, Novruzun unudulmaz ənənlərindən biri də xalq oyunları, yarışlar, xüsusilə at yarışları (çovqan oyunu), xoruz yarışları təşkil etməkdir. Hansı ki, bu yarışlar illərdir Azərbaycanda da böyük maraqla keçirilir. Amma Novruz bayramını qeyd edən xalqların ritualları arasında fərq olduğu kimi, Azərbaycanın da müxtəlif bölgələrində fərqliliklər var. Məsələn, Aran rayonlarında bayram tədbirlərində müxtəlif ev heyvanlar ilə bağlı rituallar daha geniş yer tutur.

Lakin təəssüf ki, bəzən bu gözəl bayrama, xalqımızın tarixinə, keçmişinə kölgə salmaq istəyənlər də tapılır. Məsələn, Beyləqan rayonunda keçirilən Novruz bayramında xalqının bayram adət-ənənəsindən irəli gələn xoruz döyüşü də səhnələnib ki, bəziləri bunu fərqli təqdim etməyə cəhd göstərib. Ən üzücüsü isə odur ki, əhalinin bayram rituallarının tarixini, fələsfəsini və ideyasını açıqlamaq, bunların nə mənaya gəldiyini araşdırmaqla maarifçilik missiyasını həyata keçirməli olanlar xalqımızın ənənəsindən şou düzətməyə çalışırlar. Belə hərəkətlər bütövlükdə milli bayramımıza kölgə salmaqdan başqa bir şey deyil.

Heç şübhəsiz ki, Novruz bayramının rituallarının fəlsəfəsini bilənlər üçün bir media orqanın xoruz döyüşünü səhv kimi təqdim etməsi, icra başçısına qarşı yönəltməsi də təsirli ola bilməz.

Arzuman LOĞMANOĞLU

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 Mart 2025 20:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri