Icma.az
close
up
RU
Novruzun unudulan ritualı: yalançı və doğruçu çərşənbələr

Novruzun unudulan ritualı: yalançı və doğruçu çərşənbələr

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 17 fevral, AZƏRTAC

Novruz bayramının ayrılmaz tərkib hissəsi olan ilaxır çərşənbələr nəhəng bir mərasim kompleksini təşkil edir. Bu çərşənbələr mahiyyət etibarilə yalançı və doğruçu olmaqla iki qütbə ayrılır ki, bu da dialektika qanunları ilə tam səsləşir. Həyatın inkişafı ziddiyyətlərin və ikiliklərin (aşağı-yuxarı, ağ-qara, gecə-gündüz, yalan-doğru) vəhdəti üzərində qurulub. Əgər Novruz xalqın dünyaya, təbiətə fəlsəfi-mifik baxışını ritual olaraq əks etdirirsə, çərşənbələrin də bu cür ikiləşməsi həyatın dualist qanunlarını simvolizə edir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində filologiya elmləri doktoru, dosent Şakir Albalıyev bildirib. Alim qeyd edib ki, son dövrlərdə elmi-texniki tərəqqinin sürətli inkişafı, dünyada baş verən mənəvi və real aşınmalar həyatımıza ciddi təsir göstərib. Xüsusilə ədalətsiz müharibələr, insanların öz yurdundan didərgin düşməsi kimi sosial faciələr bayramların əvvəlki coşqu ilə qeyd edilməsinə mane olub. Bu amillər əsrlər boyu formalaşmış bəzi adətlərin unudulmasına və ya fərqli formada təzahürünə gətirib çıxarıb.

Müsahibimizin sözlərinə görə, artıq “yalançı çərşənbə” anlayışı unudulmaq üzrədir: “Folklorşünaslar əvvəllər üç yalançı və dörd doğruçu çərşənbənin olduğunu qeyd ediblər. Folklorun ən yaxşı qorunduğu bölgələrdən olan Qarabağda 1993-cü ilə - məcburi köçkünlük faciəsinə qədər dörd ilaxır çərşənbədən əvvəl bir yalançı çərşənbənin keçirildiyini yaxşı xatırlayıram”.

Şakir Albalıyev əlavə edib ki, bu çərşənbədə adına uyğun olaraq, rəmzi (yalançı) bir ocaq qalanardı. Qonşular ocaq başına yığışaraq deyib-gülər, növbəti əsl çərşənbələr üçün özlərində nikbin əhvali-ruhiyyə yaradardılar. Bu mərasim əslində doğruçu çərşənbələrə bir növ hazırlıq işarəsi idi. Xalq arasındakı “Hayın elə yalanına yüyürərlər" deyiminə uyğun olaraq, camaat yalandan da olsa, bir coşqu yaradır, özünü mənəvi-psixoloji baxımdan böyük bayrama hazırlayırdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Fevral 2026 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri