Noyabr ayı üzrə müavinət, təqaüd və ünvanlı yardımlar ödənilib AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu bu gün noyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişini də yekunlaşdırıb.
Bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, noyabrın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, 23-də isə bölgələrdə yaşayan şəxslərin pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Beləliklə, noyabr ayı üzrə bütün sosial ödənişlərin verilməsi prosesi yekunlaşıb.

Noyabr ayı üzrə müavinət, təqaüd və ünvanlı yardımlar ödənilib
26 Noyabr 2024 18:07

