Icma.az
close
up
RU
İstedadları uşaq vaxtından müəyyən etməliyik İlqar Orucovdan TƏKLİFLƏR

İstedadları uşaq vaxtından müəyyən etməliyik İlqar Orucovdan TƏKLİFLƏR

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Qalib Azərbaycan xalqına təbii ki, onun gələcək inkişafı üçün həm dövlət olaraq, həm xalq olaraq inkişafı üçün təhsil və elm lazımdır. Eyni zamanda postmüharibə dövrünün çağırışlarından biri də ondan ibarətdir ki, biz vəziyyətimizi görmək, nəticəmizi məqsədəuyğun etmək, qətiyyətimizi daim təmin etmək üçün təhsilli və elmli olmalıyıq. Bəlkə də Azərbaycanda ən çox müzakirə mövzularından birinin təhsil olması təsadüfi deyil. Çünki Azərbaycan xalqı hər zaman təhsilə önəm vermiş və inkişaf etmiş intellektual potensialı olan bir xalqdır. Sosial şəbəkələrdə və mətbuatda təhsillə bağlı müxtəlif fikirlər səslənir, təhsilin inkişafı üçün müxtəlif yanaşmalar ortaya çıxır. Amma bütün bu məsələlərin ictimai müzakirə olunması da vacibdir".

Bu fikirləri Redaktor.az-a ölkəmizdə elmin inkşafı barəsində danışan Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirdi.

Onun sözlərinə görə, elm sahəsində qalib gəlmək iddialı səslənsə də, haqlı bir iddiadır:

"Çünki Azərbaycan xalqının zaman-zaman bəşəriyyətin elm tarixinə verdiyi böyük mütəfəkkir alimləri olub. Azərbaycanda yaxşı elmi məktəblər formalaşıb və təbii ki, o məktəbləri davam etdirmək, yeni elmi məktəblər yaratmaq əhəmiyyətlidir. Bunun üçün həm ən ali səviyyədə siyasi iradə, həm xalqın potensialı mövcuddur. Qalır həmin münbit elmi mühiti yaratmaq və formalaşdırmaq. İlk öncə düşünürəm ki, biz sağlam elmi mühit formalaşdırmalıyıq. Sağlam elmi mühit olanda təbii ki, elm də olacaq. Digər tərəfdən, elm bəşəri bir fəaliyyətdir və elmin inkişafı yalnız bir ölkə daxilində mümkün deyil. Mən hesab edirəm ki, biz istedadları uşaq vaxtından müəyyən etməliyik. Onların inkişafı üçün ilkin mərhələdə, orta məktəbdə şərait yaratmaq lazımdır. Daha sonra bu proses ali məktəbdə davam etməlidir. Yaxşı və istedadlı tələbə məktəbdən seçilməli, ali təhsil mərhələsində dəstəklənməli və onların elmdə qalmaları, elmi fəaliyyət göstərmələri üçün şərait yaradılmalıdır. Eyni zamanda universitetlərdə ədalətli elmi mühit çox əhəmiyyətlidir. Bizdə indi vəziyyət bir qədər fərqlidir: bəzi tədqiqatların bir hissəsi universitetlərdə, böyük hissəsi isə elmi-tədqiqat müəssisələrində həyata keçirilir. Biz həm birlik yaratmaq, həm də müasir infrastruktur qurmaqdayıq. Buna paralel olaraq gənclərin elmə axınına mane olan bir çox səbəblər aradan qaldırılmalıdır".

Müsahibimiz hesab edir i ki, dünyanın ən yaxşı elmi mərkəzlərdə, tədqiqat institutlarında və ali təhsil müəssisələrində gənclərimizin təhsil alması üçün şərait yaradılmalıdır.

"Prezident tərəfindən imzalanmış, Müzəffər Ali Baş Komandanın ideya müəllifi olduğu “Azərbaycan Gənclərinin Xaricdə Təhsilinə Dair Dövlət Proqramı” icra olunur. Bu proqramda bakalavr və magistr səviyyələrində təhsil nəzərdə tutulurdu, artıq proqramın müddəti uzadılıb və doktorantura pilləsində təhsil almaq istəyən gənclər də daxil edilib. Universitetlərin rəqabət qabiliyyətini artırmaq üçün bu proqram çox vacibdir və xaricdə təhsil alan istedadlı gənclər ölkəyə qayıdaraq elmə töhfə verməlidirlər.

Prezidentin AMEA-nın 80 illik yubileyində səsləndirdiyi fikirlərdən irəli gələrək demək olar ki, elmi idarə edən qurumlar və bu sahədə çalışan insanlar məsuliyyətlərini dərk etməlidirlər. Elmə gələn insanlar üçün mövcud bəzi bürokratik maneələr aradan qaldırılmalıdır. Belə olduğu halda xalqımızın elmi potensialı da, dövlətin elmə münasibəti də öz nəticəsini göstərəcək. Vacib məqamlardan biri də elmə gələn insanların sosial müdafiəsini gücləndirməkdir. Ümid edirəm ki, Azərbaycan xalqı, necə ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə böyük inkişaf əldə etdi, elm sahəsində də ən yüksək nailiyyətlərə imza atacaq. Düzdür, elmi fəaliyyət gec nəticə verir, bir insanın real elmi nəticə əldə etməsi üçün illər lazımdır, amma bu mümkündür. İlk növbədə məsuliyyətimizi dərk etsək, hədəflərimizi düzgün müəyyənləşdirə bilsək və bizə mane olan əngəlləri aradan qaldırsaq, elmi mühitimizi sağlamlaşdırsaq, təbii ki, istədiyimiz nəticələrə nail ola bilərik", - deyə İlqar Orucov yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Dekabr 2025 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri