Noyer yeni rekorda imza atdı
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“Bavariya”nın qapıçısı Manuel Noyer qazandığı titulların sayına görə Almaniya futbol tarixində yeni rekord müəyyənləşdirib.
“Qafqazinfo” xəbər verir ki, 40 yaşlı qolkiper bu uğura Almaniya Superkubokunda “Bavariya”nın 2:1 hesablı qələbə qazandığı qarşılaşmada çatıb.
Start heyətində meydana çıxan Noyer karyerasında 36-cı titulunu əldə edib.
Bununla da o, keçmiş komanda yoldaşı Tomas Mülleri geridə qoyaraq, ən çox titul qazanan alman futbolçu adına sahib olub.
Noyer 2011-ci ildən “Bavariya”nın formasını geyinir. Münhen klubunda 13 dəfə Almaniya çempionu olan qapıçı iki dəfə Çempionlar Liqasını və iki dəfə UEFA Superkubokunu qazanıb.
Onun karyerasındakı ən böyük uğurlardan biri isə 2014-cü ildə Almaniya millisinin heyətində dünya çempionu olmasıdır.
Noyer 2024-cü ildə milli komandadakı karyerasını başa vurduğunu açıqlasa da, 2026-cı il dünya çempionatında iştirak etmək üçün yığmaya qayıdıb. Almaniya turnirdə 1/16 finalda Paraqvaya penaltilər seriyasında məğlub olaraq mübarizəni dayandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 23 Avqust 2026 18:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















