Icma.az
close
up
RU
Nüfuzlu oyun şirkəti “Xsolla” Azərbaycan texnoparkında fəaliyyət göstərəcək

Nüfuzlu oyun şirkəti “Xsolla” Azərbaycan texnoparkında fəaliyyət göstərəcək

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Dünyanın aparıcı videooyun kommersiya şirkətlərindən biri olan “Xsolla” İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nəzdində fəaliyyət göstərən Pirallahı Yüksək Texnologiyalar Parkında rezident statusunu alıb.

Texnopark rezidentliyi “Xsolla” üçün texnoparkdan kənar (virtual) fəaliyyət göstərmək, eləcə də bir sıra imtiyazlardan faydalanmaq imkanı yaradır. Belə ki, rezindentlik çərçivəsində şirkət 10 il müddətinə sosial sığortahaqqı, mənfəət, torpaq, əmlak, dividend və bir sıra digər vergilərdən azad olacaq.

Texnopark rezidentliyinin verdiyi imtiyazlar sayəsində “Xsolla” Azərbaycanın rəqəmsal oyun ekosisteminə daha intensiv və səmərəli yatırımlar etmək imkanına sahib olacaq. Bu da öz növbəsində oyun sənayesinin dinamik inkişafı, qabaqcıl dünya təcrübəsinin ölkəmizdə tətbiqi və oyun studiyalarının həm yerli, həm də qlobal bazarda tanınması yönündə real perspektivlər yaradacaq. “Xsolla” həmçinin ölkəyə yüksəkixtisaslı kadrların cəlb olunmasına və ixtisaslaşmış infrastrukturun inkişafına da təsir göstərəcək.

İRİA-nın İnnovasiya ekosistemi departamentinin müdiri Taleh Kərimli bildirib ki, “Xsolla”nın Azərbaycan texnoparkında fəaliyyətə başlaması yerli ekosistem üçün olduqca əhəmiyyətli hadisədir: “Xsolla” kimi qlobal oyun şirkətinin Azərbaycanda fəaliyyətini genişləndirməsi ölkədə oyun sənayesinin yüksəlişdə olduğunu göstərir. Ümumiyyətlə, qlobal oyunçuların Azərbaycana gəlməsi birmənalı olaraq yerli oyun ekosisteminin sürətli inkişafına təkan verir. Bununla yanaşı, həm innovasiyaların tətbiqi, həm də İT sahəsində insan kapitalının inkişafı sürətlənir”.

Qeyd edək ki, “Xsolla” qlobal oyun biznesində kommersiya əməliyyatlarının 72%-ni həyata keçirən platformadır və bu sahədə 20 illik təcrübəyə sahibdir. İRİA ilə bu şirkətin əməkdaşlığı çərçivəsində yerli oyun ekosisteminin inkişafı istiqamətində ilk beynəlxalq inkubasiya proqramı reallaşdırılıb, eləcə də yaxın zamanda “Xsolla StarNest Academy” və digər ortaq layihələrin başladılması nəzərdə tutulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 18 Sentyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see228

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see228

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see223

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see221

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see201

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see196

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see195

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see183

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see182

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see179

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see173

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see164

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see162

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see160

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see157

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see149

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see145

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see145

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri