Icma.az
close
up
RU
Nura Suri iradlara cavab verdi: Məqalələr yazmışam, TV verilişləri aparmışam

Nura Suri iradlara cavab verdi: Məqalələr yazmışam, TV verilişləri aparmışam

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tanınmış müğənni Nura Surinin son vaxtlar sosial şəbəkədə ciddi mövzularda etdiyi paylaşımlar qınağa tuş gəlib. Bəziləri müğənninin Rusiya-Ukrayna müharibəsindən, Tramp-Zelenski qalmaqalından və bu kimi digər ciddi məsələlərdən yazmasına gülüş smayliklərilə reaksiya verib. Nura Suriyə şou-biznesdən patlaşınlar etmək tövsiyə olunub.
Bu cür reaksiyalar Nura Surini özündən çıxarıb.
Modern.az-ın məlumatına görə, müğənni ona irad tutanlara cavab verib.
Nura Suri deyib ki, o, yazı yazmaq sahəsində naşı deyil:
“Hələ 2005-2006-cı illərdə Day.az saytı üçün köşə məqalələri yazırdım, rəhmətlik Anar Məmmədxanovun məsləhəti ilə.

Sonralar 1news.az saytında Feliks və Seymurla layihəmiz var idi, müsahibələr edirdik.

“Lider” TV, ANS, “Space” TV, ATV telekanallarında da veriliş aparıcısı kimi fəaliyyət göstərmişəm.

Uşaqlıqdan kitab oxumağı sevdiyimdən, bəzən istifadə etdiyim cümlələr kitabdan götürülmüş kimi olur. Danışanda daha sadə və hamının anlayacağı dildə danışa bilirəm, yazanda isə daha mənalı və doğru sözlərdən istifadə etməyə çalışıram.

Albomlarım və saysız mahnılarım var, aralarında öz bəstələrim və söz müəllifi olduqlarım da mövcuddur.

Sadəcə, piara nə pul, nə də vaxt ayırıram.

Özümü gözə soxmaq və hamıya sevdirmək kimi ambisiyam da yoxdur.

Vaxtımı və pulumu övladlarıma sərf etmişəm və onlara yaxşı təhsil vermək üçün çox əziyyət çəkmişəm.

Paralel olaraq, boşanma prosesim məhkəmələrdə 10 il sürüb. Hamının düşündüyü kimi aliment də almamışam.

Uşaqlarımı pullu məktəbdə oxutdurmuşam və onları idmana və digər məşğələlərə yönləndirmişəm ki, həm savadlı, həm də sağlam olsunlar.

Böyük oğlum Londonda təhsil alıb, ortancıl oğlum Amerikada.

Kiçik oğlum bu il Oxford məktəbini bitirir və sənədlərini xarici universitetlərə qəbul üçün hazırlayırıq.

Vaxtımın çoxunu övladlarımla keçirirəm. İstirahətə, dostlarımla restorana belə getdikdə, övladlarımın yanımda olmasına üstünlük verirəm. Yəni, prioritetim övladlarımdır.

Mən də bütün gün efirlərdə ola bilərdim, piarama pullar xərcləyə bilərdim və bu gün bəziləri “nə oxuyur, nə mahnıları var ki” deyə bilməzdi.

Yetərincə mahnılarım var və hamısı da səviyyəli aranjiman olunmuş, peşəkarlardan alınan mahnılardır.

“Üç badam bir qoz” tipli mahnılar trendə olduğu üçün narahat deyiləm. Nə qədər ki, məni dinləyib sevənlər var, tədbirlərində görmək istəyənlər var, sənətimlə məşğul olacağam.

Beləliklə, haqqımda bilmədiklərinizi yazmaq yerinə, bilib yazın deyə bunları paylaşmağa qərar verdim”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Mart 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see199

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see165

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see156

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri