“Nüvə sektorunu inkişaf etdirməyə davam edəcəyik” İran Atom Enerjisi Təşkilatı
Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
İran, ölkənin nüvə obyektlərinə zərbələrə baxmayaraq, nüvə sektorunu inkişaf etdirməyə davam edəcək.
“Report” xəbər verir ki, bu barədə İslam Respublikasının Atom Enerjisi Təşkilatının bəyanatında deyilib.
Vurğulanıb ki, İranın nüvə obyektlərinə zərbələr beynəlxalq hüquqa, xüsusilə də Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə ziddir.
“Düşmən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Təminatlar Sazişi və Nüvə Silahlarının Yayılmaması Müqaviləsi əsasında daimi nəzarəti altında olan sözügedən obyektlərə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Beynəlxalq ictimaiyyətin bu qanunsuzluğu pisləyəcəyini və İranı [nüvə enerjisinə] qanuni hüquqlarını təmin etmək səylərində dəstəkləyəcəyini gözləyirik”, – bəyanatda diqqətə çatdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 22 İyun 2025 07:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















