Nüvə silahından istifadə iddialarına Trampdan REAKSİYA VİDEO
Icma.az, Bizim media saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp İrana qarşı nüvə silahından istifadə ehtimalını istisna edib və bildirib ki, onlardan heç vaxt dünyada heç kim istifadə etməməlidir.
Bizim.Media xəbər verir ki, bu barədə Amerika Prezidenti Ağ Evdə jurnalistlərə İrana qarşı istifadə edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən bildirib.
"Xeyr. Niyə mənə lazım olacaq? Necə də axmaq sualdır. Niyə nüvə silahından istifadə etməliyəm?!
Nüvə silahlarından heç vaxt heç kim tərəfindən istifadə edilməsinə icazə verilməməlidir. Düşünürəm ki, şəhərlərinizdən bir, iki və ya üçünü nüvə silahı ilə məhv etməkdən daha pis bir şey yoxdur. Düşünürəm ki, İsrail də daxil olmaqla, Yaxın Şərqi nüvə silahı ilə məhv etməkdən daha pis bir şey yoxdur. Düşünürəm ki, Avropaya çata bilən raketlərlə Avropaya hücum etməkdən daha pis bir şey yoxdur", - deyə ABŞ administrasiyasının rəhbəri vurğulayıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 24 Aprel 2026 08:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















