Icma.az
close
up
RU
Nyu York şəhərinin keçmiş meri kriptofırıldaqçılıqda ittiham olunur

Nyu York şəhərinin keçmiş meri kriptofırıldaqçılıqda ittiham olunur

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Nyu-York şəhərinin keçmiş "Bitcoin" meri Erik Adams "NYC token"in təqdimatından sonra fırıldaqçılıq ittihamları ilə üzləşib.

Oxu.Az xəbər verir ki, məlumatı "CoinDesk" yayıb.

Yanvarın12-də istifadəyə verilən kriptovalyuta sonradan kəskin şəkildə yüksəlib və enib. Bundan sonra analitiklər layihənin təşkilatçısı ilə əlaqəli bir pulqabının pik həddə 2.5 milyon dollar likvidlik çıxardığını aşkar ediblər.

"NYC token"inin bazar kapitallaşması qısa müddətə 580 milyon dollara yüksəlib və likvidlik problemləri səbəbindən kəskin şəkildə düşüb. "Bubblemaps" mütəxəssislərinin daha sonra bildirdiyi kimi, pik həddə yaxın token hazırlayıcısının pulqabından təxminən 2.5 milyon dollar çıxarılıb və qiymət 60% düşdükdən sonra təxminən 1.5 milyon dollar ünvana geri gəlib.

Adams "NYC token"i yanvarın 12-də keçirilən mətbuat konfransında təqdim edib. O, layihənin məqsədinin adı açıqlanmayan qeyri-kommersiya təşkilatı vasitəsilə antisemitizm və antiamerikanizmə qarşı mübarizəni maliyyələşdirmək olduğunu söyləyib.

Adams kriptovalyuta tərəfdarı kimi tanınır. Mer olduğu vaxt o, maaşını "Bitcoin"lə alırdı və Nyu-York şəhərini "dünyanın kriptovalyuta paytaxtına" çevirəcəyinə söz vermişdi. Bu, kriptovalyuta tərəfdarlarının Adamsı "Bitcoin" meri adlandırmasına səbəb olmuşdu. 2021-ci ildə onun dəstəyi ilə "CityCoins" "NYCCoin" tokenini buraxmışdı, lakin 2023-cü ildə aşağı likvidlik səbəbindən böyük birjalar onu siyahıdan çıxarmışdı.

Adams yeni "NYC token"inin həmtəsisçilərinin kimliyini açıqlamayıb və layihə barədə ətraflı məlumat verməyib. Tokenin veb-saytında onun ümumi tədarükünün bir milyard "NYC" olduğu, bunun 70%-nin dövriyyədən çıxarılan ehtiyata ayrıldığı bildirilir.

Adamsa qarşı ittihamlar kriptovalyuta icmasının üzvləri tərəfindən irəli sürülür. "NYC Token" komandası likvidliyin geri çəkilməsi ittihamını "başlanğıcda yüksək tələbat səbəbindən yenidən balanslaşdırma" kimi rədd edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 Yanvar 2026 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri