Icma.az
close
up
RU
Nyu Yorkda məxfi sövdələşmələr Enerji atəşkəsi baş tutacaqmı?

Nyu Yorkda məxfi sövdələşmələr Enerji atəşkəsi baş tutacaqmı?

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının növbəti sessiyası çərçivəsində dünya liderlərinin mühüm görüşləri və bəyanatları diqqət mərkəzindədir. Sentyabrın 22-də ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən və 40 dəqiqə qapalı davam edən təkbətək görüş, eləcə də Avropa İttifaqının (Aİ) rusiyalı milyarderlər üzərindən sanksiyaları qaldırması ekspertlər tərəfindən geniş müzakirə olunur.

"AzPolitika" xəbər verir ki, BMT kürsüsündən çıxış edən ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun müharibəni dayandırmaq üçün Moskva və Kiyevlə sıx əməkdaşlıq etdiyini, Moskvaya qarşı təzyiqləri artırmağa ("cəhənnəm sanksiyaları" haqqında qanun) hazır olduğunu bəyan edib. Görüşdən sonra Volodimir Zelenski Rusiya ilə "qarşılıqlı olmaq şərtilə enerji infrastrukturlarına hücumların dayandırılması" (enerji atəşkəsi) ideyasına hazır olduğunu bildirib.

ABŞ Dövlət Katibi Marko Rubio isə vurğulayıb ki, hazırda belə bir rəsmi saziş olmasa da, bu cür razılaşma "tamamilə məntiqidir" və müharibə hərbi qələbə ilə deyil, danışıqlar masasında başa çatacaq.

Tanınmış hərbi və siyasi ekspertlər BMT sessiyası çərçivəsində baş verən bu hadisələri təhlil ediblər.

Hərbi icmalçı Sergey Auslender Rusiya və Ukrayna arasında yaxın vaxtlarda yalnız enerji obyektlərinə dair lokal atəşkəsin əldə olunacağına şübhə ilə yanaşır: "Cəbhə xəttinin hərəkətsiz qaldığı bir vaxtda Rusiya üçün bu, Ukraynaya təzyiq göstərmək vasitəsidir. Bu ideya ilk növbədə Donald Trampa lazımdır ki, neft və yanacaq qiymətlərini düşürsün. Lakin müharibə müharibədir. Ya tam miqyaslı döyüşürsən, ya da döyüşmürsən. 'Neft emalı zavodlarını vurmayaq, amma neft bazalarını və ya elektrik stansiyalarını vuraq' kimi yanaşmalar işləməyəcək. Əvvəlcə ümumi atəşkəs elan olunmalı, sonra danışıqlar aparılmalıdır".

Amerikaşünas, politoloq Anton Penkovski hesab edir ki, Qərb Ukraynaya cəbhədə üstünlük təmin edəcək yetərli silah vermədiyi üçün proses ləngiyir: "Aİ, NATO və ABŞ-nin əlində Ukraynaya cəbhədə böyük üstünlük verəcək qədər resurs var. Lakin Qərb bunu etmir. Tramp administrasiyası Rusiyalı rəsmilərlə danışıqlarda konkret Addımlar təklif etsə də, qarşı tərəfdən hər dəfə Rurikoviçlər və peçeneqlər haqqında mücərrəd tarixi mühazirələr dinləməyə məcbur olur. Amerikalılar anlaya bilmir: Putin heç kimə inanmadığı üçün hiylə işlədir, yoxsa sadəcə konkret tələblərini formalaşdıra bilmir".

BMT sessiyası günlərində Avropa İttifaqının rusiyalı milyarderlər — Əlişir Usmanov və Mixail Fridman üzərindən sanksiyaları qaldırması da böyük rezonans doğurub.Politoloq Ruslan Aysin bu addımın avropalılar və rusiyalı müxalifətçilər arasında ciddi suallar yaratdığını bildirib: "Aİ elitaları bununla Putinə mesaj vermək istəyirlər ki, 'biz sizin oliqarxları öz tərəfimizə çəkə bilərik'. Əgər sanksiya götürülürsə, deməli onlar nəyisə vəd ediblər - bəlkə Ukraynanın bərpasına pul ayırmağı, bəlkə de Kremlin məxfi məlumatlarını bölüşməyi. Lakin Avropa rəhbərliyi sadə rusiyalıların Avropada bank hesabı belə aça bilmədiyi bir vaxtda bu oliqarxların niyə bağışlandığını öz ictimaiyyətinə izah edə bilmir".

Politoloq Anton Penkovski isə vurğulayır ki, bu qərarın pərdəarxası danışıqları tam bəlli olmasa da, avtoritar rejimlərin çöküşü adətən küçə etirazları ilə deyil, elitaların daxili çatlaması ilə başlayır və Aİ-nin bu gedişi həmin məqsədə xidmət edə bilər.

Rasim

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 Sentyabr 2026 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see317

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see312

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see310

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see306

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see306

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see286

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see285

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see282

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see264

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see256

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see252

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see240

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see239

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see238

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see227

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see219

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see218

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see213

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri