“AzInTelecom” X Beynəlxalq Bankçılıq Forumunda əsas tərəfdaş olub
Marja.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC Bakıda keçirilən 10-cu Beynəlxalq Bankçılıq Forumunda əsas tərəfdaş qismində iştirak edib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Forumda bank sektorunda rəqəmsal transformasiya, süni intellektin tətbiqi və kibertəhlükəsizlik məsələləri müzakirə olunub. Ödəniş sistemləri, maliyyə texnologiyaları, açıq bankçılıq və dayanıqlı maliyyə də forumun gündəliyində yer alıb.
Tədbir məkanında qurulmuş stenddə “AzInTelecom”un bank sektoru üçün faydalı xidmətləri, o cümlədən SİMA yeni nəsil rəqəmsal imza haqqında iştirakçılara məlumat verilib.
Tədbirdə “AzInTelecom”un İdentifikasiya və Təhlükəsizlik bölməsinin rəhbəri Lalə İmanova “Texnologiya, insanlar və süni intellekt” panelində çıxış edib. O bildirib ki, “AzInTelecom”un yaratdığı SİMA rəqəmsal imza həllinin bank və maliyyə qurumlarının sistemlərinə inteqrasiyası bir sıra əməliyyatları tam onlayn həyata keçirməyə imkan verir. Biometrik identifikasiya sayəsində biznes prosesləri daha sürətli və təhlükəsiz şəkildə idarə olunur. L.İmanova kağız sənədləşməsinə ehtiyacın aradan qalxması ilə bank sektorundakı əməliyyat xərclərinin azaldığını da vurğulayıb.
Qeyd edək ki, hazırda Azərbaycanda 20-yə yaxın bank öz xidmətlərini rəqəmsallaşdırmaq üçün SİMA həllərindən istifadə edir. Bunun sayəsində müştərilər filiala getmədən hesab aça, kart sifariş edə, əmanət yerləşdirə, kredit müqaviləsi imzalaya və şəxsiyyətlərini onlayn təsdiqləyə bilirlər. 150-dən çox qurum tərəfindən inteqrasiya edilmiş SİMA həlləri dövlət və özəl sektorda xidmətlərin rəqəmsallaşmasına töhvə verməyə davam edəcək.
Baxış sayı:73
Bu xəbər 27 Noyabr 2026 09:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















