Icma.az
close
up
RU
“Nyukasl” vacib qələbə qazandı, MS büdrədi

“Nyukasl” vacib qələbə qazandı, MS büdrədi

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

36-cı tur bəzi gözlənilməz nəticələrlə yadda qaldı.

Turun mərkəzi oyununda mövsümün ən güclü komandaları qarşılaşdı. “Liverpul” ilk yarıdan sonra 2:0 öndə olsa da, “Arsenal” fasilədən sonra xarakter göstərib hesabı bərabərləşdirdi. “ÇL zonası”na qalan vəsiqələr uğrunda amansız mübarizə gedir. “Nyukasl” bu mənada “Çelsi” üzərində önəmli qələbə qazandı, “Mançester Siti” isə hamıdan zəif “Sauthempton”la oyunda xal itirdi. Elə ÇL-ə can atan “Nottingem Forest”in “Lester”in müqavimətini qıra bilməməsi də gözlənilməz oldu.
“Liverpul” – “Arsenal” oyununun 21-ci dəqiqəsində hesab artıq 2:0 idi. 20-ci dəqiqədə Robertsonun asmasından sonra Qakpo topu başla qapıya göndərdi. Bir dəqiqə sonra isə Dias fərqi artırdı. “Liverpul” 3-cü qolu da vursaydı, çox güman, intriqa bitəcəkdi. Sadəcə, Rayya Consun zərbəsinin öhdəsindən gələ bildi. 2-ci hissə başlayan kimi “topçular” qollardan birinin əvəzini çıxdı. 70-ci dəqiqədə tablodakı rəqəmlər eyniləşdi. Hesabı bərabərləşdirən Merino 9 dəqiqə sonra 2-ci sarı vərəqə ilə üzləşərək komandasını azlıqda qoydu. “Liverpul” sonda qələbə topunu vurmaq üçün çox çalışsa da, Teylorun final fiti heç-heçəni rəsmiləşdirdi.
Turun ən gözlənilməz nəticəsi “Sauthempton” – MS oyununda qeydə alındı. Çoxdan aşağı düşməsi rəsmiləşən “müqəddəslər”in qonağı olan Qvardiolanın komandası “ÇL zonası”nda möhkəmlənmək üçün qələbəyə ehtiyac duyurdu. MS ilk yarıda böyük üstünlüyə malik olsa da, təhlükəli vəziyyət yaratmaqda çətinlik çəkdi. Fasilədən sonra favorit təzyiqi bir qədər də artırdı. Epizodların birində müdafiəçi Stivens topu boş qapıdan çıxardı. 82-ci dəqiqədə qapıçı Ramsdeyl Diaşın zərbəsinə inanılmaz reaksiya göstərdi. Qapıya 26 zərbə vuran MS-nin sonda heç-heçə ilə kifayətlənməkdən başqa yolu qalmadı.
“Çelsi”ni qəbul edən “Nyukasl” qələbə sayəsində 3-cü pilləyə yüksəldi. “Sağsağanlar” dərhal qələbə niyyətini ortaya qoydu. Onlar artıq 2-ci dəqiqədə irəli çıxdı – italiyalı yarımmüdafiəçi Tonali hesabı açdı. Hücumda heç nə edə bilməyən “Çelsi”nin oyunçularından Ceksonun əsəbləri dözmədi – seneqallı forvard 36-cı dəqiqədə havada mübarizə zamanı dirsəyi ilə Botmanın sifətinə zərbə vurduğundan birbaşa “qırmızı” gördü. Azlıqda qalan “zadəganlar” hesabı bərabərləşdirmək niyyətindən əl çəkmədi. Kukurelya ilə Fernandesin fərqlənmək imkanı oldu. Amma lap sonda 2-ci qolu vuran Gimarayns “Çelsi”nin xal ümidini “dəfn etdi”. “Nyukasl” bu qələbə ilə ÇL-ə dönüş yolunda çox önəmli addım atdı.
MY azarkeşlərini yenə məyus etdi. “Qırmızı şeytanlar” “doğma divarlar” arasında “Vest Hem”ə uduzdu. “Çəkicdöyənlər”in 26-cı dəqiqədə “çərçivə”yə ilk zərbəsi qolla nəticələndi. 2-ci hissədə hesabı bərabərləşdimək üçün irəli atılan meydan sahibləri növbəti dəfə cəzalandı. 57-ci dəqiqədə Bouen fərqi artırdı. MY ən azı təsəlli qolunu vurmağa layiq idi. Amma Heylunn 2 metrdən qapıya yol tapa bilmədi, daha dəqiqi, Areolya onun zərbəsini dəf etdi. Nəticədə qələbəsiz oyunlar seriyasını 8-də dayandıran “Vest Hem” MY-ni turnir cədvəlində arxada qoydu.
Evdə “Lester”in müqavimətini qıra bilməyən “Nottingem Forest” 7-ci pilləyə düşdü. Komandalar ilk yarıda hərəyə bir qol vurdu. “Tülkülər”dən Kodi fərqləndi, “meşəçilər”dən isə Gibbs-Uayt. 56-cı dəqiqədə Vud meydan sahiblərini irəli çıxaranda düşünmək olardı ki, onlar qələbəni əldən verməyəcək. Ancaq sona 9 dəqiqə qalmış Buonanotte “status-kvo”nu bərpa etdi. “Meşəçilər”in belə nəticələrlə ÇL-ə vəsiqə qazanması çətin olacaq. “Aston Villa”nın isə “top-5”ə düşmək baxımından yaxşı şansı var. Unay Emerinin komandası səfərdə “Bornmut”u məğlub etməklə 5-ci pillədəki “Çelsi”yə çatdı.
Bu mövsüm nəticələri utanc doğuran komandalardan biri də “Tottenhem”di. Evdə “Kristal Pelas”a uduzan “mahmızlar” 17-ci pilləyə yuvarlandı. Eze bu oyunda dubl etdi. Cari mövsümdə 20-ci məğlubiyyətini alan “Tottenhem” yalnız Avropa Liqasını qazanmaqla azarkeşlərini sakitləşdirə bilər.
Turun qalan oyunlarına gəlincə, “İpsviç”lə oyunda qələbə qazanmaq üçün “Brentford”a bir qol bəs etdi. “Fulhem”in qonağı olan “Everton” əzmkar qələbə qazandı. “Brayton” “Vulverhempton”un qapısına hər hissədə bir qol vurdu.
36-cı tur
Liverpul – Arsenal 2:2
Qakpo, 20. Dias, 21 – Martinelli, 47. Merino, 70.
Liverpul: Alisson, Bredli (Aleksander-Arnold, 67), Konate, Van Diyk, Robertson, Qravenberx (Elliott, 83), Cons (Nunyes, 67), Salah, Soboslai, Qakpo (Makallister, 66), Dias (Jota, 79).
Arsenal: Rayya, Uayt (Kalafyori, 78), Saliba, Kivyor, Lüis-Skelli, Edeqor, Parti, Merino, Saka (Zinçenko, 88), Trossar (Tirni, 78), Martinelli.
Sauthempton – Mançester Siti 0:0
(30937)
MS: Ederson, Lüis (O’Rayli, 76), Akanci, Diaş, Qvardiol, B.Silva, Makeyti (Dokyu, 46), Kovaçiç (Marmuş, 86), De Bruyne, Foden (Savinyo, 76), Holann.
Nyukasl – Çelsi 2:0
Tonali, 2. Gimarayns, 90+1. (52231)
Çelsi: Sançes, Kaysedo, Çaloba (Sanço, 75), Koluill, Kukurelya, Lavia (Hüsto, 75), Fernandes, Neto, Palmer, Madueke (Ceyms, 46), Cekson.
Mançester Yunayted – Vest Hem 0:2
Souçek, 26. Bouen, 57. (73804)
MY: Bayındır, Mazraui, Yoro (Maquayr, 52), Şou (Lindelöf, 52), Dyallo (Eriksen, 83), Maynu, Uqarte (Dorqu, 59), Amass, Fernandeş, Maunt (Qarnaço, 59), Heylunn.
Tottenhem – Kristal Pelas 0:2
Eze, 45; 48. (60254)
Tottenhem: Kinski, Porro (Son Hın Min, 58), Danso, Devis, Spens, Sarr, Qrey, Kulusevski (Mur, 19), Bentankur (Bissuma, 46), Tel, Odober.
Fulhem – Everton 1:3
Ximenes, 17 – Mikolenko, 45+3. Kin, 70. Betu, 73. (27653)
İpsviç – Brentford 0:1
Şade, 18. (29511)
Vulverhempton – Brayton 0:2
Uelbek, 28-p. Qruda, 85. (31297)
Bornmut – Aston Villa 0:1
Uotkins, 45+6.
Nottingem Forest – Lester 2:2
Gibbs-Uayt, 25. Vud, 56 – Kodi, 16. Buonanotte, 81. (30245)
1. Liverpul 36 25 8 3 83-37 83
2. Arsenal 36 18 14 4 66-33 68
3. Nyukasl 36 20 6 10 68-45 66
4. Mançester S. 36 19 8 9 67-43 65
5. Çelsi 36 18 9 9 62-43 63
6. Aston Villa 36 18 9 9 56-49 63
7. Nottingem F. 36 18 8 10 56-44 62
8. Brentford 36 16 7 13 63-53 55
9. Brayton 36 14 13 9 59-56 55
10. Bornmut 36 14 11 11 55-43 53
11. Fulhem 36 14 9 13 51-50 51
12. Kristal Pelas 36 12 13 11 46-48 49
13. Everton 36 9 15 12 39-44 42
14. Vulverhempton 36 12 5 19 51-64 41
15. Vest Hem 36 10 10 16 42-59 40
16. Mançester Y. 36 10 9 17 42-53 39
17. Tottenhem 36 11 5 20 63-59 38
18. İpsviç 36 4 10 22 35-77 22
19. Lester 36 5 7 24 31-78 22
20. Sauthempton 36 2 6 28 25-82 12
Bombardirlər: Salah (Liverpul) - 28, İsak (Nyukasl) – 23, Holann (MS) – 21, Vud (Nottingem Forest) – 20, Mbemo (Brentford) – 18.
Növbəti turun oyunları mayın 16-20-si aralığında keçiriləcək: Aston Villa – Tottenhem, Çelsi – Mançester Yunayted, Everton – Sauthempton, Vest Hem – Nottingem Forest, Brentford – Fulhem, Lester – İpsviç, Arsenal – Nyukasl, Brayton – Liverpul, Kristal Pelas – Vulverhempton, Mançester Siti – Bornmut.
Turun rəqəmi
75 – “Aston Villa”nın heyətində premyer-liqada qol sayını bu həddə çatdıran Olli Uotkins klubun bombardiri oldu. O, Qabriel Aqbonlahoru arxada qoydu.
Turun ulduzu
Ebereçi Eze (Kristal Pelas) – daim rəqib müdafiəsini gərginlikdə saxladı, dubl etməklə qələbədə baş rolu oynadı. Bu gedişlə tezliklə daha güclü komandada görünəcək.
Turun sitatı
Ruben Amorim, MY-nin baş məşqçisi: “MY-nin baş məşqçisi belə vəziyyətdə nə hiss etməlidi? Mən utanıram və bununla barışmaq çətindi. Hər kəs çox şey haqda ciddi düşünməlidi. İndi hamı Avropa Liqasını düşünür, amma final indi klubumuz üçün əsas problem deyil. Daha vacib vəzifələr var, mövsüm bitəndən sonra çox şeyi dəyişməliyik. Komandada psixoloji problemlər var. Buna görə ən böyük məsuliyyət mənim üzərimdədi”.
Faktlar
* MS məğlubiyyətsiz oyunlar seriyasını 10-a çatdırdı. Qvardiolanın komandası sonuncu dəfə martın 8-də “Nottingem Forest”ə uduzub (0:1), ardından 7 qələbə qazanıb, 3 dəfə heç-heçə edib.
* MY mövsümdə məğlubiyyət sayına görə öz antirekordunu yenilədi. Komanda artıq 17 oyunda uduzub ki, bu da 1992/93 mövsümündə əsası qoyulan turnirdəki ən pis göstəricidi. Son 7 çempionat oyununda qələbəyə həsrət qalan “qırmızı şeytanlar” bunların 5-də uduzub, 2-də heç-heçə edib. Mankunianlar sonuncu qələbəsini (3:0) martın 16-da “Lester”lə oyunda qazanıb.
* MY çempionatda ev məğlubiyyətlərinin sayına görə antirekordunu da təkrarladı. Amorimin çalışdırdığı komanda cari mövsümdə 9-cu dəfə uduzdu. 1930/31, 1933/34, 1962/63 mövsümlərində də evdəki məğlubiyyətlərin sayı bu qədər olmuşdu.
Oyundan sonra
Pep Qvardiola, MS-nin baş məşqçisi: “Qol imkanlarımız olsa da, təəssüf ki, bunlardan yararlana bilmədik. “Sauthempton” yalnız “müdafiədə oturdu”, yalnız və yalnız müdafiə olundu, “vaxt öldürdü”. Ancaq bu 1 xalı qəbul edirik, hələ də hər şey öz əlimizdədi. Rəqibin bu qədər dərindən müdafiə olunacağını gözləmirdim. Yaxşı müdafiə olunduq, ancaq hücumda son addım çatışmadı. Holann meydanda bu qədər vaxt keçirəcəyini gözləmirdi, ancaq bizə rəqibin cərimə meydançasında adamlar lazım idi”.
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi: “İlk yarıdakı oyunumuz səviyyəmizdən çox aşağı idi, belə davam edə bilməz. Titullar uğrunda mübarizə aparmaq vacib deyil, uda da bilərsiz, uduza da. Amma müəyyən səviyyədən aşağı düşmək olmaz. Komanda belə oynayırsa, bu mənim günahımdı. Günah təkcə oyunçularda deyil, hamımızdadı. Belə standartlar bizim üçün qəbulolunmazdı. Bu mövsüm altı dəfə azlıqda qalmışıq. Təbii ki, öz səviyyəmizdə oynayanda istənilən rəqibi məğlub edə bilərik”.
Arne Slot, “Liverpul”un baş məşqçisi: “Əla oyun idi. Stadionda və dünyanın hər yerində olan azarkeşlər gördüyünü bəyəndi. Bu oyunun “Liverpul” üçün turnir cədvəli baxımından heç bir əhəmiyyəti olmasa da, ortada nüfuz söhbəti var. Belə rəqib istənilən komandaya problem yarada bilər. “Çelsi” də ötən həftə bizə problem yaratdı. Çempionluğu qazanandan sonra istər-istəməz soruşursan ki, necə komandam var? Bu gün komandamı bəyəndim. “Arsenal” 2-ci hissədə erkən qol vurdu. Ardından mən Jotanı əlavə forvard kimi meydana buraxdım. Qələbəyə çox yaxın olduq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 May 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sertifikasiya qalmaqalı: bu dəfə texnologiya müəllimləri səhv aşkarladı

28 İyun 2026 12:14see2029

DÇ 2026: Messi ehtiyatda: İordaniya Argentina Heyətlər

28 İyun 2026 05:07see266

Bu yayın ən şanslıları onlardır

28 İyun 2026 01:46see253

Anomal istilər gəlirləri azaldır və yoxsulluq riskini artırır ARAŞDIRMA

28 İyun 2026 16:35see233

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

28 İyun 2026 23:48see226

Anormal istilər Fransada kənd təsərrüfatına ciddi ziyan vurub

29 İyun 2026 00:57see222

Almaniya məcburi hərbi xidməti nəzərdən keçirir

28 İyun 2026 01:40see217

DÇ 2026: Harri Keyndən yeni rekord

28 İyun 2026 06:32see215

Bağ evində əyləncələr qonşuların əsəblərini KONKRET

28 İyun 2026 22:45see214

Panama DÇ 2026 nı qolsuz başa vuran yeganə komanda olub

28 İyun 2026 03:25see208

Rafael Fiziyev nakautla qazandı, Nazim Sadıxov məğlub oldu UFC Fight Night turniri

27 İyun 2026 23:26see204

Duş kabin şüşələrini güzgü kimi parladan və ərpdən təmizləyən təbii üsul

28 İyun 2026 23:01see201

Meksika Ekvador: DÇ 2026 da daha bir 1/16 final cütü

28 İyun 2026 04:15see198

“Əl Əhli” erməni futbolçunu 25 milyona aldı

29 İyun 2026 05:32see179

Şəhid atasının xatirələri: Emin uşaqlıqdan fərqli xarakterə malik idi

28 İyun 2026 17:41see177

Yevlax dəmir yolu vağzalında yük vaqonunda yanğın olub FOTOLENT

28 İyun 2026 19:20see164

Vətən müharibəsi iştirakçısı Misir Qasımlıya Ukraynada HÖKM OXUNDU VİDEO

29 İyun 2026 02:29see163

Boçorişvili: Orta Dəhliz yeni bir geoiqtisadi məkandır

28 İyun 2026 22:43see151

Azərbaycan cüdoçuları Çexiyada üç medal qazanıblar

27 İyun 2026 22:11see151

Argentina möhtəşəm qolla hesabı açdı Yenilənir

28 İyun 2026 06:23see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri