Icma.az
close
up
RU
NyuOrlean terrorçusu hücumdan əvvəl... Təfərrüat

NyuOrlean terrorçusu hücumdan əvvəl... Təfərrüat

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Yeni ilin ilk günündə Nyu-Orleanda 14 nəfərin ölümü ilə nəticələnən terror aktında şübhəli bilinən Şəmsuddin Cabbar əvvəllər iki dəfə şəhərə səfər edib və “Meta”nın ağıllı eynəkləri ilə Fransız məhəlləsinin videosunu çəkib.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, bu barədə “Associated Press” Federal Təhqiqat Bürosunun nümayəndəsinə istinadən məlumat yayıb.

Velosipeddən çəkilmiş video turistlərlə dolu olan, bayram günləri və gecələri ilə məşhur Nyu-Orleanın Fransız məhəlləsinin küçələrini göstərir. Eynəklər şübhəlinin ölümündən sonra onun üzərində tapılıb. O, hücum günü eynəkləri taxıb, lakin aktivləşdirməyib.

FTB-dən bildirilib ki, Cabbar hücumdan əvvəl Misir və Kanadaya da səfər edib, lakin bu səfərlərin hücumla əlaqəli olub-olmadığı hələ məlum deyil. Bürodan səfərlərin səbəblərini müəyyən etmək üçün həmin vaxt onunla görüşən hər kəsin axtarıldığı vurğulanıb.

Federal qurumlar hesab edir ki, ABŞ vətəndaşı olan hərbçi Cabbar terror aktını törətməyə İŞİD terror qruplaşması tərəfindən ilhamlandırılıb.

Xatırladaq ki, yanvarın 1-də Cabbarın “Ford” avtomobili Nyu-Orleanın Fransız məhəlləsində küçədə izdihama çırpılıb. Sürücü dayandıqdan sonra maşından düşüb və insanlara atəş açıb. 15 nəfər həlak olub və təxminən 30 nəfər xəsarət alıb. Cinayətkar polis ilə atışma zamanı öldürülüb. FTB nəqliyyat vasitəsinə baxış keçirib və əldəqayırma partlayıcı qurğu aşkar edib. Maşında, həmçinin, İŞİD terror təşkilatının bayrağı tapılıb. Baş verənlər terror aktı kimi qiymətləndirilib. Federal müstəntiqlər hələlik Cabbarın tək hərəkət etdiyini düşünürlər, lakin onun əlaqələrini araşdırmağa davam edirlər. Terror hücumundan bir neçə gün sonra isə elə həmin küçədə terrorçunun yerləşdirdiyi iki əldəqayırma partlayıcı qurğu aşkarlanaraq zərərsizləşdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Yanvar 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see384

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see357

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see353

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see318

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see314

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see303

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see243

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see229

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see220

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see219

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see211

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see209

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see206

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see204

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see203

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see193

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see192

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see188

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see186

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri