Icma.az
close
up
RU
O bunu etməz... Türkan Turan yazır

O bunu etməz... Türkan Turan yazır

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkan TURAN

Türkiyədə xalq Rusiya siyasətindən o qədər uzaqdır ki, bəzən sənə elə gəlir, birinci tərəfin böyük əksəriyyəti ikinci tərəfi ümumiyyətlə tanımır. Bu günlərdə bir ortamda Rusiya-Ukrayna müharibəsi ilə bağlı müzakirə açılanda əksəriyyət demək olar ki, hamı "Putin bunu etməz, o, qadınların, uşaqların olduğu nöqtələri vurmağa qoymaz" dedi. Aralarında xanımı ukraynalı, özü Türkiyədə doğulub böyüyən bir nəfər Azərbaycan örnəyini nümunə göstərdi, SSRİ-dən AZAL-ın təyyarəsinin vurulmasına qədər hər şeyi danışdı... Amma yenə də bilmədikləri şeyləri müdafiə edən insanları inandıra bilmədi. Söhbət, "Ukrayna şou göstərir" cümləsi ilə yekunlaşdı. Daha doğrusu, mən söhbətin sonrasını eşitmək istəmədim. Əvvəllər cəhalətə "lənət şeytana deyib" azacıq da olsa dözüm göstərib, nəsə izah etməyə çalışardın, amma indi dünyada hər şey o qədər açıq-aşkar baş verir ki, artıq bilmədiyini danışan adama tab gətirməyə zərrə qədər də taqətin qalmır. İnformasiya çağında yaşayırıq, hər yerdən xəbər fışqırır, bəs bu nəyin bilgisizliyi, məlumatsızlığıdır deyə düşünürsən? Məsələn, təyyarənin kim tərəfindən vurulduğuna inanmaq üçün onun qalıqlarının yastığının altından çıxmasımı lazımdır?

Osmanlının rusları köməyə çağırmağı

Bu günlərdə ziyarət etdiyim Beykoz qəsrində öyrəndim ki, bu bir-birini tanımamaq məsələsi təzə söhbət deyil.

Elə Beykoz qəsrinin inşa edilmə məqsədi də bənzər tarixi hadisəyə söykənir. Misir valisi Mehmed Əli Paşa qüvvələri Konyada Osmanlı ordusunu məğlub edir. Bunun qarşısında Osmanlı hökuməti tarixində ilk dəfə ruslardan yardım istəməsi ilə 1833-cü ilin fevralındə rus ordusu və donanması İstanbula girir. Donanma Böyükdərə və Beykoz sahillərində lövbər salır, ordu Selviburnunda ordugah qurur. Osmanlılarla ruslar arasındakı bu yaxınlaşma irəliki zamanlarda türklərin başına çox bəlalar açır. Məsələ "Hökmdar Pieri" müqaviləsi ilə nəticələnir, ruslar Səlviburnunda rusca və türkcə yazılı daş ucaldaraq hadisəni "sənədləşdirirlər", daha doğrusu, faktlaşdırırlar. Təbii ki, Osmanlı o vaxt olacaqları hesaba qatmır, yalnız iş işdən keçəndən sonra ayılır.

Əfv edilmək üçün tikilən qəsr

Nəysə, qayıdaq Beykoza. Mehmed Əli Paşa qocalıq dönəmlərində İstanbulu ziyarətə gəlir. Onun adını daşıyan 1845-ci il üsyanına görə özünü padşaha əfv etdirmək istəyir və rusların ucaltdıqları kobud görüntülü daşın təsirini azaltmaq üçün "Hökmdar Pieri" təpəsində 200 hektarlıq ərazi içində Əbdülməcidə ərmağan edilməsi üçün tikdirmək istədiyi Beykoz qəsrinin təməlini atdırır. Qəsrin inşası on il davam edir, o müddətdə Mehmed Paşa ölür. İşləri tamamlamaq oğlu Səid Paşaya qalır. Bu dəfə də Abdulməcid ölür. Hal belə olunca, qəsr də onun yerinə keçən Sultan Abduləzizə hədiyyə edilir.

İstanbulda inşa edilən bu ilk daş qəsrin planı və memarlığı Nikoğos Balayana, podratçılığı isə Sarkis Balayana aid olduğu deyilir. Ancaq bu məlumatlar dəqiq sənədlərlə öz təsdiqini tapmayıb. Ancaq harada memari yenilik varsa, orada bu ailənin əli olduğu da həqiqətdir.

Qəsrin nəşəli günləri

Krım savaşı ərəfəsində tamamlanan qəsirdə bir müddət, bu savaşa qatılan və "başıpozuq" deyə adlandırılan könüllü əskərlər qalırdılar. Abduləziz bu qəsri dincəlmək məqsədi ilə yay aylarında istifadə etmişdi. Burada qalaraq boğazı seyr etdiyi, Beykoz çəmənliyində güləş müsabiqələri təşkil etdirdiyi, Tokat kəndindəki ov qoruğunda ovlandığı ilə məşhurdur. Açığı, Beykoz bu günün özündə belə təbiətin ən zəngin olduğu yerlərdən biri, bəlkə də birincisidir. Təbii ki, İstanbul üzrə. İndi belədirsə, görün, o vaxtlar buralar nə olub!

Yeri gəlmişkən, Sultanın Fransaya ziyarətindən sonra imperator Napoleon adından qarşı tərəfi ziyarətə gələn xanımı Yevgeniya Beykoz qəsrində yerləşdirilmiş, şərəfinə ziyafətlər və ov şənlikləri təşkil edilmişdi.

Əldən-ələ, eldən-elə...

Bir vaxtlar hər kəsin can atdığı yer olan nəşə dolu bu qəsr, Abduləzizin ölümündən sonra baxımsızlıqdan xarabalığa çevrilir. II Məşrutiyətin Məclis rəisi Əhməd Rza Bəy dönəmində məclis mənsublarına dövlət böyüklərinə burada ziyafət verilir. Fikirləşirlər ki, artıq aktiv dövlət bura əl atacaq. Ancaq  I Dünya müharibəsində qəsr qızlar üçün yetimlər evi olaraq xidmətə açılır. Elə yenə həmin dönəmdə traxoma xəstəxanası kimi fəaliyyətə başlayır. Ardınca köçkünlərin yaşayış yerinə çevrilir. Cümhuriyyət dönəmində isə Boğaz əvvəlcə Silahlı Qüvvələrinin əmrinə verilir, bir müddət sonra isə Səhiyyə Nazirliyinin nəzdninə keçir. Daha sonra dəfələrlə müxtəlif məqsədlər üçün əldən-ələ keçir. Axırda Heydərpaşa Nümunə Xəstəxanasının baş həkimi Əli Rza Təməl İncənət Akademiyasının tələbələrinə xarabaya çevrilmiş yerləri düzəltdirir, bəzəklər tək-tək bərpa edilir, döşəmələr dəyişdirilir və təkrar normal vəziyyətə qaytarılır. Bağça içərisində "Hava hamamı" adı ilə tanınan hamam da yenilənir və su boruları yenidən çəkilir. Mətbəxt və paltaryuma bölmələri əlavə edilir. Qəsrin yay üçün istifadə edilməsi məqsədi ilə tikildiyi üçün isitmə sistemi olmayıb. Bu dönəm abidə istiliklə təmin edilir. Sahili də yenilənir, dəniz və qum vannası bölmələri yaradılır. Parkda yeni ağaclar əkilir, meyvə ağaclarından ibarət qış bağçası yaradılır. Sonra yenə əl dəyişir və abidə uşaqlar üçün xəstəxanaya çevrilir.

Belə bir möhtəşəm abidənin bir vaxtlar sənət əsərindən başqa hər şey kimi istifadə edilməsini sadalamaq insanın ürəyini sıxır. Əslində abidə bu qədər əl dəyişdirməsə, bəlkə də bu gün tamamilə fərqli mənzərə ilə qarşılaşa bilərdik. Buna rəğmən, indiki görkəmi də kifayət qədər göz oxşayır.

Barokun daşlarla rəqsi

Dörd künc plan içərisində tikilən Beykoz qəsri dinamik görüntüyə sahibdir. Təməl dörd sütun üzərində qurulub. Öndə və arxada tağlar var. Birinci mərtəbə balkonla əhatələnib. Yan tərəflərdə üstü qapalı tağlar mövcuddur. Əslində abidənin dörd tərəfində tağlardan istifadəsi Palladionun Villa Capradakı əsərini xatırladır. Bəlkə də eyni əsərdən ilham alınıb, onu dəqiq demək çətindir. Çünki memarı ilə bağlı da çəkişməli fikirlər var. Birinci və ikinci mərtəbə arasındakı orta salonun tavanını yüksəltmək və bu məkanın günəş işığı ilə aydınladılması üçün böyük pəncərələri olan revakdan istifadə edilib. Abidənin dəniz yönündən baxanda dördbucağın üçbucağa çevrildiyini görmək olar. Burdan da belə qənaətə gəlirik ki, abidə baxdığın yönə görə şəkil dəyişdirir. İkinci mərtəbədə ortada böyük qonaq otağı və yanlara açılan qapılarda kiçik otaqları var. Barok üslubunun ən gözəl pilləkənlərindən biri burada mövcuddur. Pilləkənin birinci mərtəbədəki çıxışı padşahın pilləkəninə calanır və burada insanların padşahı alqışlaması üçün dəmir barmaqlıqlardan dar balkon yaradılıb. Üst mərtəbənin planı alt mərtəbənin planını təqib edir, otaqların tikilişində hər hansısa bir dəyişiklik nəzərə çarpmır. Qonaq otağınn tavanla məsafəsi çox yüksəkdir, pəncərələr şah əsərdir. Bəzəkli mozaikalı döşəməsi var. Divara yerləşdirilmiş böyük aynalar və karnizlər təkbaşına sənət nümunəsidirlər. Qədim fotolara baxanda da görünür ki, böyük qonaq otağı Avropa üslubunda və zəngin tərzdə döşənilib. Bura Avropa saraylarında görülən böyük balo salonların kiçik örnəyidir desək, yanılmarıq. Çöldən yarımdairəvi, görkəmli çərçivələri olan pəncərələrlə çölə açılan qəsr insanı valeh edir. Çərçivələrin üzərindəki əl işi bitki motivləri görülməyə dəyər. Qəsr, göbələk ağacı, ihlamur, manolya, şam ağacları ilə əhatələnmiş qoruq parkın ortasıdadır. Parkda dar, dolambaclı dəhlizlə girilən iki kiçik məkandan ibarət olan hamam var. Hamamın divarlarına balıqqulaqları bir-bir yerləşdirilib. İçəridəki havanın sərin olması üçün yuxarıdan axıdılan sularla divarlar mütəmadi islaq tutulurmuş. Balıq qulaqları da divarların deformasiyaya məruz qalmağının qabağını alırmış.

Abidənin ərsəyə gəlmə müddəti 10 ildir. Ancaq baxanda sənə elə gəlir ki, bura zərrə-zərrə, parça-parça yüz il ərzində inşa edilib. Abidə içərisindəki iri şamdanları, böyük ölçülü çılçıraqları, nəhəng vazaları, dəbdəbəli pərdələri ilə saraylardan elə də geri qalmır. İndiki ərazisi 70 hektardır, bir vaxtlar 200 idi. Qəsrdə 2005-ci ildə başlayan restavrasiya 2011-ci ildə bitib. Amma ərazidə işlər hələ də davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Sentyabr 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri